“Leviafan” yenə qalib oldu

“Leviafan” yenə qalib oldu
7 iyul 2014
# 10:43

Məşhur rus kinorejissoru Andrey Zvyaqintsevin “Leviafan” filmi 32-ci Beynəlxalq Münhen kinofestivalının baş mükafatını qazanıb. Kulis Az-ın festivalın rəsmi saytına istinadən verdiyi xəbərə görə bu nominasiyada pul mükafatının məbləği 50 min avrodur.

Xatırladaq ki, “Leviafan” bundan əvvəl Kann kinofestivalının “Ən yaxşı ssenariyə görə” mükafatını qazanmışdı.

Münhen kinofestivalında həmçinin Darden qardaşlarının “İki gün bir gecə”, J.L Qodarın “Əlvida sözlər”, Olivye Assayasın “Zils-Mariya” filmləri də iştirak edib.

Festivalın “Cine-vision” bölməsində Almaniya, İtaliya və İsveçrənin birgə istehsalı olan “Fövqəladə möcüzələr” filmi, tamaşaçı rəğbətinə görə, Olivyer Xefnerin “Tapıntı” filmi, “Ən yaxşı televiziya filmi” nominasiyasında isə, Bernad Burqemeysterin “Cinayət: dərd içində doğulmaq...” filmi mükafatlandırılıb.

Münhen nüfuzuna görə Almaniyanın ikinci böyük kino festivalıdır. 1983-cü ildən bəri hər il keçirilir. Festivalda Almaniyada və dünyada istehsal olunmuş bədii, sənədli, televiziya və qısametrajlı filmlər iştirak edir.

# 1492 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #