Bob Dilan haqda kitab çıxdı

Bob Dilan haqda kitab çıxdı
23 iyul 2018
# 12:45

2017-ci il Nobel mükafatı laureatı şair və rok ifaçısı Bob Dilanın “Bob Dilan: 100 mahnı və portret” adlı kitabı çap olunub.

Kulis.azın verdiyi xəbərə görə, Rusiyanın “Ripol-Klassik” nəşriyyatında çıxan kitabda Bob Dilanın uzun illərdən bəri ifa etdiyi mahnıların sözləri Rusiyanın məşhur şairləri və musiqiçiləri tərəfindən rus dilinə tərcümə olunub.

Kitabda həmçinin musiqiçinin məşhur müğənnilərlə olan şəkilləri və əhəmiyyətli mahnılarının not vərəqləri kolleksiya şəklində yer alıb.

Xatırladaq ki, bu cür formatda kitabın çap olunması Bob Dilanın şəxsi rəyi ilə müəyyən edilsə də, şeirlərin seçimi bir neçə müğənni tərəfindən həyata keçirilib.

# 1227 dəfə oxunub

Müəllifin son yazıları

# # #