Karlsonu yaradan vəfat etdi

Karlsonu yaradan vəfat etdi
31 mart 2016
# 19:07

Kulis rus saytına istinadən xəbər verir ki, əfsanəvi rejissor, cizgi film ustası Yuri Baturin vəfat edib

30 mart 2016-cı ildə rejissor, rəssam, cizgi film ustası Yuri Aleksandroviç Baturin Moskvada dünyasını dəyişib. Əfsanəvi rejissorun 86 yaşı vardı.

Yuri Baturin 50-ci illərin sonlarında məşhur cizgi filmləri ekranlara çıxdı: “Xoruz və boyalar”, “Doqquzuncu səltənət”, “Dyumoviçka”, “Şpiyon ehtirası” və s. Daha sonra isə Anatoli Savçenko ilə birlikdə “Balaca və Karlson” filminin quruluşçu rəssamı olub.

# 928 dəfə oxunub

Müəllifin son yazıları

# # #