Şeir müsabiqəsi keçirilir

Şeir müsabiqəsi keçirilir
3 mart 2014
# 10:27

“Qərib və şeirləri” internet səhifəsində ilin şeir müsabiqəsi keçirilir. Kulis.Az-ın məlumatına görə 2013 –çi ilin ən çox sevilən şeirləri internet izləyiciləri tərəfindən seçiləcək.

Ən çox səs toplayan şeirlər ilk onluğu təşkil edəcəklər. Onluğa düşən şeirlər içərisindən qalibləri münsiflər heyəti müəyyən edəcək.

Qaliblər üçün 3 yer müəyyən edilib.

1-ci yerin qalibi 250 manat
2- ci yerin qalibi 150 manat
3-cü yerin qalibi 100 manat məbləğində mükafatlandırılacaq.

Şeirlərin qəbulu mart ayın 31-də başa çatır.

Mart ayının 31-ə dək göndərilən şeirlər “Qərib və şeirləri” internet səhifəsində səsverməyə buraxılacaq.

Mükafatların təqdim olunma mərasimi aprel ayının ilk ongünlüyündə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda olacaq.

Müsabiqədə iştirak etmək istəyənlər şeirlərini səhifənin inboksuna (https://www.facebook.com/qeribveseirleri) və ya [email protected] ünvanına göndərə bilərlər.

Maddi dəstək: GR Mebel

# 1905 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #