Görkəmli naşir vəfat edib

Görkəmli naşir vəfat edib
18 iyun 2013
# 11:19

"Les Lettres nouvelles" nəşriyyatının sahibi fransalı tənqidçi Moris Nado 102 yaşında vəfat edib. Kulis.Az-ın RİA "Nоvоsti"yə istinadən verdiyi xəbərə görə M. Nado bazar günü saat 18-də öz evində, doğmalarının əhatəsində dünyasını dəyişib.

Dəfn tarixi haqqında hələlik heç bir xəbər verilmir.

M. Nado "Les Lettres nouvelles" nəşriyyatını 1977-ci ildə yaradıb. 1984-cü ildən nəşriyyata naşirin adı verilib. Mişel Uelbekin "Mübarizə məkanının genişlənməsi" debüt romanı və digər əsərləri, o cümlədən Jorj Perek, Con Kutzee və Samuel Bekketin əsərləri məhz mərhumun nəşriyyatında çap olunub.

M. Nado naşir kimi onlarla Avropa və dünya miqyaslı müəllifi geniş kütlə üçün tanıdıb.

# 1492 dəfə oxunub

Müəllifin son yazıları

# # #