İtaliyalının Xocalı şeiri

İtaliyalının Xocalı şeiri
26 fevral 2013
# 17:41

Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində italiyalı şair və bəstəkar Davide Qualtierinin “Xocalı” şeirini təqdim edir. Şeiri Azərbaycan dilinə Qulu Ağsəs uyğunlaşdırıb. Onun sətri tərcüməsi isə Mais Nuriyevə məxsusdur.

Xocalı

Şərqdən gələn qonağın

yükü hekayət olar –

amma mən eşitdiklərim…

inanmıram dünyada

belə cinayət ola…

Uzaq, günəşli ölkədə

25 fevral gecəsi

qarlı kölgədə

qırdılar 613 günahsız adamı –

aman vermədilər biri də qaça

Xocalı şəhid oldu,

Xo-ca -…

Elə bil muncuq

üzüldü sapınnan

topasına biçdilər xocalıları –

topunan…

Xocalı!

qətlinə fərman verənlər –

cani!

bu zülmü görənlər –

cani!

görüb-götürənlər –

cani!

Amma göylər

götürməyəcək bu qədər qanı

and içirəm:

Tanrı canı…

# 5188 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #