Fevralın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.
İki günlük nəzərdə tutulan tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Tədbir çərçivəsində böyük sənətkarın həyat və yaradıcılığından danışılacaq, milli musiqi xəzinəmizin zənginləşməsindəki xidmətləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam edəcək.
- Gəncədə "Nizami günləri" keçiriləcək
- "Qadın yıxan evi heç bələdiyyə də yıxmaz" - Yeni atalar sözləri
- Əməkdaşımızın filmi beynəlxalq festivalda
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin üzvlərinin və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin birgə iştirakı ilə baş tutacaq konsertdə unudulmaz bəstəkarın əsərlərinə müraciət olunacaq. /azərtac/