Layihə: Media polisi
Maşın içində iki adam...
Biri qadın, biri kişi.
Dəm qazından boğulub ölüblər.
Mətbuat da bunu yazıb.
Çünki bu xəbərdir.
“İki adam dəm qazından öldü”.
Amma onlar yarıçılpaq imişlər.
Yəni, nə etdikləri barədə dərin mühakimə yürütməyə ehtiyac yoxdur. Üstəlik də adları, soyadları, ata adları da verilib.
Bəs bu nədir?
Xəbərdirmi?
Bizə çoxmu gərək idi onların münasibətini öyrənmək...
Bu adamlar öldü, amma geridə ailələri qaldı.
Nəyin naminə bu adamların adları açıqlanır?
İctimai təhlükə yox, cinayət yox...
Şəxsi həyat toxunulmazdır.
Və 1000 oxunmaya görə iki adamın münasibəti ortaya tökülməməlidir.
Biz bunu bilməli deyildik.