Muğam Teatrı ləğv edildi

Muğam Teatrı ləğv edildi
5 noyabr 2013
# 16:38

Nazirlər Kabineti Azərbaycan Dövlət Muğam Teatrının ləğv edilməsi barədə qərar verib.

APA-nın verdiyi məlumata görə, qərarda deyilir ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Muğam Teatrı 2014-cü il 1 yanvar tarixindən ləğv edilsin.

Ləğv edilmiş Azərbaycan Dövlət Muğam Teatrının sərbəstləşmiş ştat vahidlərindən 30 ştat vahidi Beynəlxalq Muğam Mərkəzinə, 25 ştat vahidi isə R. Behbudov adına Dövlət Mahnı Teatrına veriləcək.

Mədəniyyət və Turizm Nazirliyi və Maliyyə Nazirliyinə Azərbaycan Respublikasının 2014-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin tərtibi zamanı aparılan islahatları nəzərə almaq və bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

# 1589 dəfə oxunub

Müəllifin son yazıları

# # #