Zakir Sadatlı vəfat etdi

Zakir Sadatlı vəfat etdi
5 fevral 2013
# 10:18

Tanınmış yazar, telejurnalist Zakir Sadatlı 53 yaşında vəfat edib. Lent.az-ın məlumatına görə, Zakir Sadatlı bir neçə saat əvvəl uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum doğulduğu Cəlilabad rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, bu yaxınlarda Zakir Sadatlının “Əfqanıstan uçurumu adlı kitabı nəşr olunub. Yaxın günlərdə kitabın təqdimat mərasimi keçiriləcəkdi.

Allah rəhmət eləsin!

Zakir Sadatlı ölümündən üç ay qabaq Kulis.az-a müsahibə vermiş, Əfqanıstan xatirələrindən, amansız xəstəliyindən danışmışdı.

Bu onun son müsahibəsi oldu.

Həmin müsahibəni burdan oxuya bilərsiniz.

# 3520 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #