“Yazı”nın yeni sayı

“Yazı”nın yeni sayı
11 aprel 2013
# 11:12

“Yazı”nın yeni sayı

“Yazı” ədəbiyyyat dərgisinin yeni sayı çıxıb.

Nəsr bölməsində Aslan Quliyevin “Qızılquş və mən”, Azad Qaradərəlinin “Kuma-Manıç” çökəkliyi romanlarının son hissəsi, Alpay Azər, Güntay Gəncalp, Şahnaz Kamal və Alik Nağıoğlunun hekayələri çap olunub.

Poeziya başlığında oxucular Mahir Mehdi, Cavidan, Bəxtiyar Hidayət, İradə Aytel, Əli Şirin Şükürlü, Sərdar Amin, Esmira Məhiqızı, Sara Selcan və Avşar Eyvazın şeirlərini oxuya biləcəklər.

“Sözümüzün yiyələri” adı altında Əbdürrəhim bəy Haqverdiyevin “İt oyunu”, “Yazıçının arxivindən” rubrikasında Sabir Əhmədlinin “Gör-götür dünyası” hekayələri, “Ədəbiyyat söhbətləri”ndə isə yazıçı Kamal Abdulla ilə söhbət oxuculara təqdim olunur.

Güneyli yazarlar Məlihə Əzizpur və Ülkər Ucqarın şeirləri “Güney sovqatı” başlığıyla verilib.

Dərgidə Niyazi Mehdi, Tehran Əlişanoğlunun, Seymur Baycanın yazıları da yer alıb.

Yeni sayı “Azərmətbuatyayımı”nın və “Metroservis”in köşklərindən əldə etmək mümkündür.

"Media forum"

# 2044 dəfə oxunub

Müəllifin son yazıları

# # #