Məşhur dirijor Bakıda

Məşhur dirijor Bakıda
1 may 2015
# 12:41

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının mayın 9-da keçiriləcək tamaşasını idarə etmək üçün məşhur almaniyalı dirijor, İmmlinq opera sənəti festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok Bakıya dəvət olunub.

Teatrdan Kulisə verilən xəbərə görə, xanım Kerssenbrok tamaşanı idarə etməklə yanaşı, teatrın aparıcı solistləri və xor artistləri ilə ustad dərsləri keçirəcəkdir.

Tamaşada Violetta partiyasını gənc və istedadlı vokalçı, Respublikanın Əməkdar Artisti, Prezident mükafatçısı Afaq Abbasova, Alfred rolunu Əməkdar Artist Fərid Əliyev ifa edəcəklər. Jermon partiyasını ifa etmək üçün isə Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Qrişin dəvət olunmuşdur.

Tamaşada həmçinin Azərbaycanın Xalq Artisti, Vokalçıların Bülbül adına adına I müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov (Markiz d`Obinyi), Əməkdar Artist Səbinə Vahabzadə (Flora) və gənc solist Tələt Hüseynov (Doktor Qrevil) çıxış edəcəklər.

# 1623 dəfə oxunub

Müəllifin son yazıları

# # #