Ülgüc dəyməyən üzünü, Torpağa qoyan oğullar...

Ülgüc dəyməyən üzünü,  Torpağa qoyan oğullar...
1 avqust 2014
# 12:27

Kulis.Az şair İlham Qəhrəmanın “Şəhidlər” şeirini təqdim edir

Harda adları tutulsa;
Ruhları əyan oğullar.
Başdaşları keşikçitək,
Vətənə həyan oğullar.

Qəbirlər sətir düzümü,
Duaya əydim dizimi.
Ülgüc dəyməyən üzünü
Torpağa qoyan oğullar.

Qeyrətin şəkli mərmərmi,
Üstündə gülləri tərmi?!
Top yerinə güllə, mərmi,
Topnan oynayan oğullar.

Bir yol gedir bu arayla,
Yol qırağı gül sırayla.
Qəbirdən dərin yarayla,
Səssiz uyuyan oğullar.

2001

# 4838 dəfə oxunub

Müəllifin son yazıları

# # #