Anar - 75

Anar - 75
25 oktyabr 2013
# 09:28

Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı, AYB-nin sədri Anarın 75 illik yubileyi qeyd edilib.

Lent.az-ın AzərTAc –a istinadən verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində yazıçının ədəbi, elmi və tənqidi fəaliyyətini əks etdirən kitab sərgisi ilə tanış olublar.

Tədbir Anarın həyat və yaradıcılığından bəhs edən videofilmin nümayişi ilə başlayıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Milli Məclisin deputatı Aqil Abbas, yazıçı-publisist Mirkazım Seyidov, yazıçı-dramaturq, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli, tanınmış mədəniyyət və incəsənət xadimləri yazıçının yaradıcılığından danışıblar.

Sonra yubilyarın əsərləri əsasında hazırlanmış tamaşalardan səhnəciklər nümayiş etdirilib.

# 1575 dəfə oxunub

Müəllifin son yazıları

# # #