Napoleonun ən alçaldıcı məğlubiyyəti – DOVŞAN MƏSƏLƏSİ

Napoleonun ən alçaldıcı məğlubiyyəti –<span style="color:red;"> DOVŞAN MƏSƏLƏSİ
18 yanvar 2017
# 13:15

Dünya haqqında biliklərimiz nə qədərdir?

Edison “hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir” deyəndə bəlkə bir az ifrata varırdı.

Amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?

Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan “Cahilliklər kitabı” (The Book of General İgnorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.

Kulis.Az bu kitabdan seçmələri təqdim edir.

Napoleonun ən alçaldıcı məğlubiyyəti hansıdır?

Yəqin ki, Vaterlo döyüşü deyəcəksiniz. Doğrudur, bu Napoleonun ən ağır məğlubiyyətidir. Ancaq ən alçaldıcısı bu deyil.

1807-ci ildə Fransa, Rusiya və Prussiya arasında Tilsit sülh müqaviləsi imzalanmışdı. Napoleonun kefi yaxşı idi.

İmperator sülh müqaviləsini qeyd etmək üçün dovşan ovu təşkil edilməsini əmr etdi. Bu ovun təşkili Napoleonun çox güvəndiyi ordu komandiri Aleksandr Berterə tapşırılır. Napoleonun xoşuna gəlməyə can atan Berter gələn qonaqlara İmperator Sarayının çoxlu ev heyvanına sahib olduğunu göstərmək üçün çoxlu dovşan aldı.

Ov başladı. Dovşanların nəzarətçiləri onları əllərindən buraxdılar. Ov fəlakətlə nəticələndi...

Berter vəhşi dovşanlar əvəzinə evdovşanı almışdı. Ələ öyrədilmiş dovşanlar öldürüləcəklərini gözləmirdilər, insanlardan hürkmürdülər.

Dovşanlar canlarını qurtarmaq üçün qaçmaq əvəzinə böyük şapkalı balacaboy adama cumdular. Çox güman ki, bu bəstəboy adamı onlara yemək verən baxıcılara oxşadırdılar. Ac dovşanlar saatda 56 km-lik sürətlə Napoleona hücum etdilər.

Ov artıq xaosa çevrilmişdi. Heç kim dovşanların yolunu kəsə bilmirdi. Aclıqdan gözü heç nə görməyən dovşanlardan olmaq üçün Napoleonun qaçmaqdan başqa çarəsi yox idi. Dovşanlar isə böyük sürət və axınla gəlirdilər. Onlar imperatoru at arabasına qədər qovdular. Bu vaxt Napoleonun adamları dovşanları boş yerə qırmanclayırdılar. Bu qədər dovşanı qırmancla qovmaq mümkünsüz idi.

Fəlakətə çevrilmiş ovun son səhnəsində miskin vəziyyətə düşmüş, üst-baş palçıq və cırıq-cırıq olmuş Napoleonu təsəvvür edə bilirsinizmi? Sizdən bir general və imperator üçün bundan daha acınacaqlı bir situasiya xəyal etmək mümkündürmü?

Amerika adı Vespuççidən götürülməyib! - CAHİLLİKLƏR KİTABI

Amerikadakı dəvələr niyə ölüb?- CAHİLLİKLƏR KİTABI

Şirləri və köpək balıqlarını öldürən bu heyvanı tanıyırsızmı? – CAHİLLİKLƏR KİTABI

II Yekaterina necə ölüb? – İki yüz illik at yalanı

Neron: Ana qatili, seks fetişisti-ROMANI O YANDIRMAMIŞDI

# 1554 dəfə oxunub

Müəllifin son yazıları

# # #