Şamaxı ədəbiyyat paytaxtı oldu

Şamaxı ədəbiyyat paytaxtı oldu
27 may 2015
# 09:03

1962-ci ildən keşirilən ənənəvi "Sabir poeziya günləri"nin builki açılış mərasimi mayın 30-da Beynəlxalq Muğam Mərkəzində olacaq.


Mədəniyyət və Turizm Nazirliyindən Kulisə verilən məlumata görə, nazirliyin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə təşkil edilən tədbirdə tanınmış yazıçılar çıxış edəcək, "Sabir" sənədli filmi göstəriləcək, xalq artistləri Alim Qasımov, Mələkxanım Əyyubova, əməkdar artist Fərqanə Qasımova, xanəndə Elnarə Abdullayevanın ifasında muğam səslənəcək.

Azərbaycanlı yazıçıların, xarici qonaqların qatıldığı tədbir mayın 31-də şairin doğulduğu Şamaxıda davam edəcək. Qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini, şairin ev-muzeyini və məqbərəsini ziyarət edəcəklər. Şamaxının mədəniyyət mərkəzində planlaşdırılan tədbirdə xalq artisti Zabit Nəbizadə, əməkdar artist Firuz Səxavət, xanəndə Abgül Mirzəliyev və Şirvan aşıqlarının iştirakı ilə konsert olacaq. Poeziya günlərinin bədii rəhbəri və aparıcısı şair Əjdər Oldur.

Xatırladaq ki, Şamaxı şəhəri Mədəniyyət və Turizm Nazirliyinin "Xalq yaradıcılığı paytaxtları" layihəsi çərçivəsində 2015-ci ilin “Ədəbiyyat paytaxtı" elan olunub.

# 1164 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #