Bu gün qədim Roma ədəbiyyatının "qızıl dövrü"nün şairi, filosof Kvint Horatsi Flakkın anım günüdür.
Kulis.az onun aforizmlərini təqdim edir.
Biz yalnız toz və kölgəyik.
*
Başla, cəsarətli ol və müdrik olmağa cəhd et.
*
Ulduzlara baxanda Tanrının qüdrətini hiss edə bilməyən bir insanın, ümumiyyətlə, hər hansı bir şeyi hiss etmək qabiliyyətinə şübhə edirəm.
*
Zehninə hökm et, yoxsa o sənə hökm edəcək.
*
Tamahkar insan həmişə ehtiyac içindədir.
*
Başlayan işin yarısını görmüş deməkdir.
*
Uğursuzluqlar firavan şəraitdə yatıb qalan istedadları üzə çıxarmaq gücünə malikdir.
*
Qəzəb qısamüddətli dəlilikdir.
*
Nə məsləhət verirsənsə ver, qısa de.
*
Doğru yaşamaq anını təxirə salan kəs, çayı keçmək üçün onun qurumasını gözləyən kəndliyə bənzəyir.
*
Aza qane olub yaşamağı bacarmayan hər kəs həmişə qul olacaq.
*
Söz ağızdan çıxdımı, onu geri qaytarmaq mümkün deyil.
*
Sevgi və gülüş olmadan heç bir sevinc yoxdur, sevgi və gülüş içində yaşayın.
*
Niyə gülürsən? Sadəcə adı dəyişsən, bu hekayə sənin haqqındadır...
*
Sabahın nə gətirəcəyini soruşmağı burax və taleyin verdiyi hər günü qazanc hesab et.
*
Ölüm eyni şəkildə həm yoxsulun daxmasının, həm də padşahların saraylarının qapısını döyür.
*
Bilməyə cəsarət et.
*
Mən tamamilə ölməyəcəyəm və mənim böyük bir hissəm məzardan xilas olacaq.
*
Tərifə ac olan bir zehni yıxmaq və ya yenidən bərpa etmək nə qədər cüzi və əhəmiyyətsiz bir şeydir.
*
Taleyi çox sevənləri tale axmağa çevirər.
*
Dünənin həddini aşması ilə yüklənmiş bədən zehni də özü ilə bərabər aşağı çəkir.
Türk dilindən tərcümə etdi: Aydan Ağayeva