Qəzada anasını, müharibədə qardaşını itirmiş bir gəncin hekayəsi - Müzakirə

Qəzada anasını, müharibədə qardaşını itirmiş bir gəncin hekayəsi - Müzakirə
27 dekabr 2023
# 12:20

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Əli Zərbəlinin "Adamlar və çinarlar" hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Şərif Ağayar:

Şərif Ağayarın romanı Fransada çap olundu

"Əli Zərbəli mənim üçün ilk növbədə maraqlı gəncdir. Məncə, biz bir məsələyə xüsusi diqqət yetirməliyik: əslində, maraqlı yazıçı, maraqlı rejissor, maraqlı musiqiçi olmur, maraqlı insan olur. Eləcə də böyük yazıçı, böyük rejissor, böyük musiqiçi yoxdur, böyük insan var. Sən insan kimi böyüksənsə, məşğul olduğun sahədə istəsən də, balaca ola bilməzsən. Bəzən görürsən, biri istəyir insan kimi cılız maraqların ardınca qaçsın, amma sənət adamı kimi böyük olsun. Bu heç vaxt mümkün ola bilməz. Mənə görə, Əli öz gənclik azadlığı, gənclik axtarışları, bu yöndəki ağıllı qənaətləri və yazıları ilə həqiqi böyüklük vəd edən maraqlı bir imzadır. Müzakirəsini apardığımız hekayə də onun ədəbiyyatdakı səmimi axtarışıarının, yenilik ehtiraslarının maraqlı nəticəsidir. Hekayənin vəziyyətdən-vəziyyətə, süjetdən-süjetə, əhvaldan-əvhala organik keçidi üstün məziyyətidir. Nəsrdə keçid ciddi məqamdır. Bəzən birxətli-birqatlı sadə-realist mətndə belə abzası abzasa bağlamaq çətin olur. Halbuki Əli nəinki hekayənin alt və üst qatları arasında, üstəlik magiya və reallıq arasında “tryuk” göstərə bilib. Yazıçılıq maneralarının, üstəlik, həm də günümüzün müharibə gerçəyinə bağlanması, bağlana bilməsi hekayənin başqa bir üstün məziyyətidir. Əli öz azadlığına və yenilik axtarışlarına sadiq qalsa, ədəbiyyatımızın ciddi qazancına çevriləcək. Bu hekayədən sonra bu həqiqətə bir daha əmin olmaq mümkündür".


Alpay Azər:

Bir göz qırpımında - Alpay Azərdən yeni novella

"Psixoloji hekayədir, qəzada anasını, müharibədə qardaşını itirmiş bir gəncin yarıreal, yarıirreal, həyatını, yuxuda gördüklərini əks etdirən, vahimələrlə dolu bir mətn yaza bilib Əli. Təsvirlər yerindədir. Bu hekayə əsasında qısametrajlı film çəkmək olar. Bir-iki texniki qüsur: “axtarışını sonlandırıb”, “pedalla idarə olunan piano” söz birləşmələri yerinə düşmür. Birincisi dil baxımdan qüsurludur, ikincisi məntiq baxımından, yəni piano pedalla idarə olunmur. Əli Zərbəli formadadır, ona uğurlar arzu edirəm".

Rəvan Cavid:

Çəmənzəminli niyə şaman ayinindədir?" - Rəvan Cavid

"Yaddaş pozuntusu, hallüsinasiya. Müqəddəs heç nə yoxdur. Şəhvət, həyəcan, hesablama. Ədəbiyyat bunlardır. Hekayədə bunlardan xaric heç nə yoxdur. Qar görsəm, xatırlayacağım hekayədir. Mütləq oxucunun yaddaşında özünə yer edəcək mətndir".

Orxan Həsəni:

Qırmızı ayaqqabılar - Orxan Həsəni

"Hekayə zehni qabiliyyətini itirmiş bir qəhrəmanın dilindən danışır. Bu işi çətinləşdirir və müəllifə əlavə məsuliyyət yükləyir. Qəhrəmana müxtəlif halüsunasiyalar görünür. Ölülərin simasını sağ insanlara köçürür. Ümumiyyətlə, onun üçün real olanla irreal olan arasında məsafə itib. Ancaq bunun həlli məsələsində Əli Zərbəli büdrəyib. Bu səhnələri başa düşmək bir qədər çətindir və hekayəni yenidən oxumağı tələb edir".

# 1517 dəfə oxunub

Müəllifin son yazıları

# # #