Ən gözəl vətən şeirimiz - Mətn

Ən gözəl vətən şeirimiz  - Mətn
21 fevral 2021
# 12:28

Bu gün müasir Azərbaycan ədəbiyyatında xüsusi çəkisi olan Məmməd İlqarın doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və "Bazar oxusu" layihəsində onun vətən haqqında yazdığı gəraylını oxucularla bölüşür. Şeir müasir Azərbaycan ədəbiyyatında diqqət çəkən ən gözəl vətən şeirlərindəndir.

Vətən başa çox iş gələr,
Baş əymə, başın sağ olsun.
Biz ölməyə doğuluruq,
Torpağın-daşın sağ olsun.

Neçə cəfakeşin qalır,
Bir evdən bir qoşun qalır,
Beşin ölsə, beşin qalır,
O qalan beşin sağ olsun.

Çat verir, çatlayır dözüm,
Sən çatlama, canım-gözüm.
Bizi ağlamağa gözün,
Bir də göz yaşın sağ olsun!

# 4286 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #