Kafka "Məhkəmə" romanında hansı texnikadan istifadə etmişdi?

Frans Kafka

Frans Kafka

23 avqust 2022
# 17:00

Kulis.az Frans Kafkanın atmosfer yaratma texnikası olan Kafkaesk haqqında araşdırmanı təqdim edir.

Gəlin Kafkaesk gərginliyin necə qurulduğunu öyrənmək üçün “Məhkəmə” romanına baxaq.

Kafkanın bu romanında baş qəhrəman K. Yozef kilsəyə getdikdə və əslində keşişin də naməlum qüvvələrə (hakimiyyət, bürokratiya və s.) xidmət etdiyini başa düşdükdə, hekayə boyu hər kəsin hər şeydən xəbərdar olduğunu daha yaxşı müəyyən edirik. Ancaq K. bunu dərk etmir. Bu, Kafkaesk gərginliyinin başlanğıc xəttidir. Haqqında söz açdığımız qeyri-adi hiss getdikcə daha mürəkkəb bir rəng alır.

Müəyyən olur ki, hər kəs Yozefin öləcəyini əvvəldən bilir, lakin xarici aləm ekspressionist tərzdə ifadə olunduğundan başqalarının fikri tam əminliklə çatdırılmır. Ona görə də baş verənləri yalnız qəhrəmanın nöqteyi-nəzərindən görürük. Başqalarının düşüncə sxemi yalnız onun təxmin edə bildiyi qədər yazılır, çox şey qeyri-müəyyən qalır. Bu, Kafkaesk gərginliyi yaradan ikinci elementdir. Qeyri-müəyyənlik qeyri-adilik hissindən sonra ən mühüm Kafkaesk elementi kimi görünür.

Roman boyu qəhrəmanın niyə belə suallarla üzləşdiyi və ittiham olunduğu haqda sistem qurulur, lakin araşdırılan şey, eynilə Edip mifində olduğu kimi, taleyin əvvəlcədən müəyyən edilmiş qəddar əminliyidir. Biz oxucuların yəqin ki, Yozefdən də çox bildiyimiz bir həqiqət var: baş qəhrəman qaçılmaz təhlükədədir. Biz hər şeyi əvvəldən bilirik və bu, onu daha da dəhşətli edir.

Necə ki, Yozefin işlədiyi bankın ofisinə baş çəkən italyan oralara yad olduğu kimi, Yozef də öz mühitinə yaddır. İtalyan sadəcə keşiş kimi dekor-xarakterdir. Onlar qeyri-müəyyən sistemin piyadalardır. Yozef bu piyadalar tərəfindən blokadaya alınıb.

Onun yaşadığı ev sahibəsindən tutmuş, yaxşı səs-küylü sakinlərə və orada işləyən insanlara, o cümlədən diqqəti yayındıran vəkilə qədər – Yozefdən başqa hamı nizamın necə işlədiyini çox yaxşı bilir. K.-nın sirri bilməməsi kabusun gerçəkləşməsində əsas rol oynayır. Əslində, bunun hara aparacağını az-çox təxmin edə bilirik.

Beləliklə, Yozef mütəfəkkir deyil, başqasının düşündüyü və qurduğu bir qəhrəmandır və o, şübhəsiz ki, ekzistensialist deyil.

Yozef arxasınca sürükləndiyi aysberqin altında gizlənən itkin sirri həll etdiyi üçün öldürülür. Beləcə, Kafkaesk dövrü bitir: məzarda.

Roman boyunca hər şey və hər yer labirint kimidir. Xüsusilə məhkəmə binası deyilən bina.


Xülasə

Kafkaesk qeyri-adi və qeyri-müəyyəndir. Bütün bunlar qorxu və təşviş labirintlərində uydurulub. Məzmunun dəhşətinə baxmayaraq, kafkanın sadə təhkiyəyə üstünlük verməsi maraqlı təzad yaradır: sanki dünyada hər cür qəribəlik və dəhşət ola bilər. Kafkaesk ən pis kabusdan daha dəhşətli əhval-ruhiyyədir.

# 2838 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #