İncəsənət tarixini anlamaq üçün bilməli olduğumuz 6 Yunan mifi

İncəsənət tarixini anlamaq üçün bilməli olduğumuz 6 Yunan mifi
4 iyun 2023
# 16:00

Kulis.az 6 Yunan mifi haqqında yazını təqdim edir.

Qədim miflər illər ərzində Qərb mədəniyyətini ilhamlandırıb, Hollivud filmlərindən tutmuş, sənət əsərlərinə qədər motiv kimi şərh edilib və yenidən yaradılıb. Bu günün ideyalarına uyğun olaraq yenidən şərh olunmağa davam edir.

Bəs niyə bu miflər hər dəfə yenidən şərh olunmağa, fərqli formalarda təqdim olunmağa davam edilir? Çünki miflər sevgi, şəhvət, qısqanclıq, qəzəb, itki, şiddət, ölüm və hər cür ailə münasibətləri haqqındadır. Biz bu münasibətləti onların personajları ilə əlaqələndiririk. Onların hissləri, istəkləri və mübarizələri bizimdir. Bəlkə də, bu miflər narahat edən mövzuları idarə etmək üçün daha asan bir yol təqdim edirlər.

Mifologiyanın, əfsanələrin, qəhrəmanların sənət tarixindəki yerini anlamaq üçün 6 yunan mifini təqdim edirik.


1. Pandoranın qutusu

Göylərin və tanrıların kralı Zevs, göydən oğurladığı odu insanlara hədiyyə etdiyi üçün Prometeyə qəzəbləndi və ondan qisas almaq üçün Pandoranın yaradılmasını əmr etdi. Bir sözlə, Pandora qisas aktı ilə yaradılmışdır. Dəmirçilərin tanrısı Vulkan torpaqdan və gildən Pandoranı düzəltdi və bütün tanrılar ona hədiyyələr təqdim etdilər. Zevs Pandoraya heç vaxt açmasını istəmədiyi bir qutu verdi. Lakin Pandora maraqdan dözə bilməyib və qutunu açmaqla bütün dünyaya yayılan və insan övladına təsir edəcək ağrı və pisliyi üzə çıxardı. Qutuda təkcə bəşəriyyətin sıxıntı və çəkişmə anlarında güvənə biləcəyi ümid qaldı.

Pandora (1914), Odilon Redon obrazı

Fransız rəssam Odilon Redon Pandoranı bir neçə dəfə çəkib. Parlaq çiçəklərlə əhatə olunmuş və çılpaq Pandora rəsmində biz onun diqqətlə əlindəki kiçik qutuya baxdığını görürük. Redon I Dünya Müharibəsi zamanı bu rəsmi çəkib və qutunun açılması ilə müharibənin dəhşətləri arasında paralellik yaratdı.

2. Perseus və Andromeda

Yunan mifologiyasının aparıcı qəhrəmanlarından biri olan Perseus, Efiopiya şahzadəsi Andromedanı qoruyan dəniz canavarı Cetus və Meduzanı öldürməklə tanınır. İlahə Kassiopiya qızı Andromedanın Nereidlərdən və ya dəniz pərilərindən daha gözəl olduğunu iddia etdikdə, dəniz tanrısı Poseidon inciyir və Kassiopeyanın qisasını almaq üçün öz səltənətində dəhşətli Cetusu gətirir. Andromedanın atası Kral Kefey bir kahindən öyrənir ki, Cetusdan xilas olmaq üçün qızını qurban verməlidir. Poseydonu sakitləşdirmək üçün qızını sahildəki qayaya bağlayaraq qurban verir. Uçarkən Andromedanı görən Perseus ona aşiq olur və atası Kefedən evlənmək üçün icazə almağa gedir. Padşah deyir ki, əgər Perseus vəhşi heyvanı öldürə və qızını xilas edə bilsə, buna icazə verəcək. Perseus Cetusu öldürür və Andromeda ilə evlənir.

3.Minotavr

Minotavr Krit ilahəsi Pasifayadan doğulmuş yarı insan, yarı öküz və hər şeyi məhv edən bir heyvandır. Kral Minos memar Dedalusa heyvanı həbs etmək üçün əlçatmaz bir labirint tikdirdi və bir xərac olaraq afinalılardan heyvanı qidalandırmaq üçün yeddi ildən bir ən gözəl yeddi gənc oğlanı və yeddi gənc qızı qurban vermələrini istədi. Afina qəhrəmanı Tesey Minosun qızı Ariadnanın köməyi ilə Minotavrı öldürür, lakin əfsanəvi varlıq onun qadağan olunmuş arzu, şəhvət və tamah simvolizmi yaşamağa davam edir.

4. İkar

Dedalus və oğlu kral Minosun göstərişi ilə Minotavrı gizlətmək üçün qurduqları labirintdə tələyə düşürlər. Labirintdən çıxmaq üçün Dedalus, oğlu İkarla birlikdə labirintdən uça bilməsi üçün mumdan və lələklərdən qanadlar düzəltməyi qərara alır. Qaçmaq vaxtı çatanda Dedalus İkarı xəbərdar edir ki, günəşə çox yaxın uçmasın, amma itaətsiz oğlan atasının sözünə qulaq asmır və qanadlarındakı mum əriyir. O, dənizə düşərək boğulur. Hekayə aşırı qürur və şöhrətpərəstliyin tələləri haqqında xəbərdarlıq nağılı kimi danışılır.

İkarın süqutu (1638) - Jacob Peter Gowy

5. Leda və Qu quşu

Leda və Qu quşu çaşdırıcı miflərdən biridir. Olimpos tanrılarının ilahəsi Zevs həyat yoldaşı Heraya xəyanət etməsi ilə tanınırdı. Rəvayətə görə, Zevs Spartalı ilahə Ledanı aldatmaq üçün qu quşu qılığına girərək Helenin doğulmasına səbəb olub.

Leonardo da Vinci Leda və qu quşunun iki versiyasını yaratdı, lakin hər ikisi də yoxa çıxıbdır. 1880-ci illərdə Pol Sezan özünün “Leda və Qu quşu” əsərində sarışın qadının əlini dişləyən qu quşunu və üzündə qərarsızlıq ifadəsini təsvir etmişdir.

Leda və Qu quşu (1530), Mikelancelo

6. Axilles

Axilles Troya Döyüşünün qəhrəmanı kimi ortaya çıxdı və Troyanın 10 illik mühasirəsində yunanlara rəhbərlik etdi. O, sevgilisi Patroclusun ölümünün qisasını almaq üçün Hektoru öldürür. Axilles onun ölümünü qabaqcadan xəbər verən kahinliyin qurbanı olur və onun yeganə həssas yeri olan dabanına dəyən ox tərəfindən öldürülür.

Axilles kimi avtoportret (2015), Andea Mary Marshall

Andrea Meri Marşallın avtoportreti Yunan qəhrəmanının qılığına girən qadını təsvir edir; O, tamaşaçıya belindəki qançırları göstərir. Axilles əfsanəsinə istinadəm sağ əli ayağına tuşlanmış oxu tutur.

# 2281 dəfə oxunub

Müəllifin son yazıları

# # #