"Zəfər simvolu" - Nazirliyin müsabiqəsində qalib olan şeir

"Zəfər simvolu" - Nazirliyin müsabiqəsində qalib olan şeir
3 fevral 2021
# 16:39

Kulis.az Yusif Nazim Ərəbsoyun "Zəfər simvolu" şeirini təqdim edir. Müəllif bu şeirə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi “Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin “Həvəskar yaradıcı şəxslər” kateqoriyasında qalib olub.

Sən ey mənim yurdumda güldən gözəl bayrağım,
Sən ey müqəddəs əldə əldən gözəl bayrağım!
Ey mənim Dövlətimdən qoca olan bayrağım,
Sancıldığı zirvədən uca olan bayrağım!
Dalğalan zirvələrdə, dalğalara örnək ol,
Namuslu gözəllərin qon başına örpək ol!

Başım üstə papaqsan,
Torpaqsan gözüm üstə.
Sən şeirimin içində,
Olmusan sözüm üstə.
Mən sənə baş əymişəm,
Qarşında dizim üstə.

Bayraqların içində, ey mənim vəsf etdiyim,
Şeirlərin bayrağı, qəzəllərin bayrağı!
Ey uğrunda şərəflə şəhadətə getdiyim,
Bayraqların gözəli, gözəllərin bayrağı!
Gör sənin sacıldığın neçə kənd var, şəhər var,
Zəfər varsa, sən varsan, sən varsansa, zəfər var!

Ürəkdə can da sənsən, Azərbaycan da sənsən!
Balaca otağımda böyük cahan da sənsən!

# 2595 dəfə oxunub

Müəllifin son yazıları

# # #