Bu rejissorlar bu aktrisaları sevdilər - SİYAHI

Bu rejissorlar bu aktrisaları sevdilər - <span style="color:red;">SİYAHI
6 yanvar 2017
# 09:00

Onlar film çəkilişlərində tanış oldular. Filmdə tanış olub özləri başqa bir film çəkdilər... Əfsanəvi rejissor və aktrisanın sevgisi.

Kulis.Az münasibət quran rejissor və aktrisaların siyahısını təqdim edir.

Çarli Çaplin – Paulette Qodard

Charlie Chaplin & Paulette Goddard

Əfsanə Çaplinlə Paulette Qodard “Modern zamanlar”, “Böyük diktator” filmlərində birlikdə rol alıblar. Ağ-qara eşq yaşadılar. 1936-cı ildən 1942-ci ilə qədər...

Vudi Allen – Diana Keton

Woody Allen & Diane Keaton

İlk dəfə 1972-ci ildə “Təkrar ifa elə, Sam” filmində bir araya gəldilər. Bu filmdən sonra 10-dan çox filmdə bir yerdə çalışdılar. Vudi Allenin qarmağına keçən növbəti aktrisa da deyə bilərik.

Vudi Allen – Miya Farrov

Woody Allen & Mia Farrow

İkili uzun müddət bir neçə filmdə bərabər çalışdı. “Broadway Danny Rose”, “Hannah və bacıları” filmləri bunların arasında ən məşhurlarıdır. 1980-ci ildən 1992-ci ilə qədər bərabər yaşadılar.

Steven Spilberq – Keyt Kapşav

Steven Spielberg & Kate Capshaw

Gözəllər gözəli Keyt. Və təbii məşhur rejissor Spilberq. “Şindlerin siyahısı” filminin rejissoru. “İndiana Cons və tale məbədi” filmində Keyt çox sayda aktrisa arasından seçilmişdi. Filmin çəkilişlərində artıq rejissorla aktrisanın yaxınlığı başlamışdı. Münasibətləri daha sonra 1991-ci ildə rəsmiləşdi.

Joel Koen – Frances McDormand

Joel Coen & Frances McDormand

Koen qardaşlarının ilk filmi “Qansız”da bir yerdə işlədilər və daha sonra evləndilər.

İnqmar Berqman – Liv Ulman

Ingmar Bergman & Liv Ullmann

Məşhur İsveç rejissoru Berqman. “Persona” filmindən xatırlayarsınız. Norveçli Livlə 1964-cü ildə Stokholmda tanış oldular. “Persona” filmində bir yerdə işlədilər. Daha sonra aralarında böyük bir məhəbbət yarandı. Düz 5 il çəkdi bu məhəbbət və bir qız uşaqları dünyaya gəldi.

Orson Uells – Rita Hayvord

Orson Welles & Rita Hayworth

Əfsanə rejissor Orson Uells. Onu yəqin ki, “Vətəndaş Keyn” filmindən tanıyırsınız. “Şanxaylı gözəl” filminin çəkilişlərində tanış oldular. 1943-cü ildə başlanan evlilik 1948-ci ilə qədər davam elədi.

Tim Robbins – Susan Sarandon

Tim Robbins & Susan Sarandon

“Əsarətin bədəli” filmində Andy kimi tanıdığımız Tim. Oskar mükafatlı aktyor. Eyni zamanda rejissor kimi də tanınır. Susan Sarandon Tim Robbinsin rejissor olduğu “Bob Roberts”, “Gəzən ölü” filmlərində yer alıb. Münasibətləri 1988-ci ildən 2009-cu ilə qədər davam edib.

Martin Skorsesa – İsabella Rosselini

Martin Scorsese & Isabella Rossellini

Oskar mükafatı qazanmış rejissor Martin Skorsesanı yəqin ki, “Taksi sürücü” filmindən tanıyırsınız. Onlar “New York, New York” filminin çəkilişləri sırası tanış olublar. 1979-cu ildən 1982-ci ilə qədər evli qalıblar.

Mişel Hazanaviçus – Berenis Bejo

Michel Hazanavicius & Bérénice Bejo

2011-ci ildə “Aktyor” filminə görə hər ikisi Oskar mükafatı alıb. Yəqin xatırladınız. Ancaq onların münasibəti 2006-cı ildə “Agent 117” filmindən başlayır. Evlilikləri hələ də davam edir. Arzu edirik ki, ayrılmasınlar.

Ceyms Kameron – Linda Hamilton

James Cameron & Linda Hamilton

1991-ci ildə “Terminator 2: Məhşər günü” filmində tanış oldular. Ceyms Kameron filmin rejissoru idi. Linda isə Sarah Connor rolunda çıxış edirdi. Münasibətləri elə çəkilişlər zamanı başladı. 1997-ci ildə evləndilər. Lakin iki ildən sonra ayrıldılar. Təəssüf...

Fatma Girik – Memduh Ün

Memduh Ün & Fatma Girik

“Ölüm arxamızda” filmində tanış oldular. Rejissor Memduh Ünün ölümünə qədər bir yerdə yaşadılar.

Meltem Cumbul – Yavuz Turqul

Yavuz Turgul & Meltem Cumbul

“Gönül yarası” filmini xatırlayırsınız? Bu filmdə tanış oldular. Şener Şen və Meltem Cumbulun baş rolda oynadığı film. Münasibətləri 2008-ci ildə yayımlanan “Sevgi alovlandırar” serialının çəkilişlərində başladı və tez zamanda da bitdi. Necə deyərlər, tez alışan, tez də sönər. Rejissor Meltem Cumbuldan 24 yaş böyük idi. Sizə bir sirr də verək: Meltem Cumbul daha sonra Kıvanc Tatlıtuğla münasibətə başladı.

# 2822 dəfə oxunub

Müəllifin son yazıları

# # #