Xalq yazıçısından qeyri-adi etiraf: "O qızı axtarıram"

Xalq yazıçısından qeyri-adi etiraf: "O qızı axtarıram"
3 sentyabr 2021
# 10:48

Kulis.az Xalq yazıçısı Çingiz Abdullayevin qeyri-adi məktəb xatirəsini təqdim edir.

Sentyabrın 1-də məni məktəbə apardılar. Mənim yeddi yaşım vardı. Xətdə isə onuncu siniflər dayanmışdı. Onlar bizə yaxınlaşdılar. Mən uşaqların içərisində ən hündür uşaq idim. Mənə məktəb formasında olan ən hündür qız yaxınlaşdı. 1966-cı il idi. Yasəmən çiçəklərinin ətrini hiss etdim. O qız yasəmən qoxuyurdu. O, necə də gözəl idi! Qız mənim əlimdən tutdu, mənə karandaş dəsti verdi və biz birlikdə xəttə tərəf addımladıq. Təzəlikcə fikirləşdim ki, onu tapmaq olarmı? Bəlkə həmin ildə məktəbi bitirən məzunların arasından tapa bilərdim. Tapmadım. Və ah çəkdim. Mən düşünürdüm ki, onun 40 yaşı var. Amma 1966-cı ildə onun on yeddi yaşı vardı. Deməli, indi 77 yaşı var. Ancaq yenə də bütün həyatım boyu həmin yasəmən qoxusunu axtarmağa davam edəcəm. Həyatınızın heç bir məqamını, anını əldən verməyin. Sevin, sevilin və həyatınızın hər bir anından istifadə edin. Əgər sizə öz adamınızı tapmaq nəsib olsa, onunla yaşayın, bir-birinizi qoruyun, hər anınızı qiymətləndirin. Bir sözlə, yeganə qayda budur – Xoşbəxt olun! Bax onda təkrarolunmaz yasəmən qoxusu bütün həyatınız boyu sizi izləyəcək. Sinif yoldaşlarının içərisindən seçilən uzun boylu qızın bağışladığı karandaş dəstini isə mən uzun illər saxladım.

# 3722 dəfə oxunub

Müəllifin son yazıları

# # #