Utanın bəşər adından - Şəhriyardan yeni şeir 

Utanın bəşər adından - Şəhriyardan yeni şeir 
27 aprel 2020
# 10:30

Kulis.az tanınmış şair Şəhriyar del Geraninin yeni şerini təqdim edir.

Günahlar tövbə ortağı
sübhün obaşdan çağı,
Azan səsi bu sabah da göy üzünə qanaddı.

Bəs o kimdi məkri ilən Kərbəlanı qanatdı?
Hansı günah içrə idi xəndəkdən keçən atlı?

Utanın bəşər adından
Ki, nə qədri qələt oldu.
Və gün oldu - Biri gəldi
belə bir ədalət oldu:

"Deyə bilmərəm Xudadır, bəşər ad verəm xətadır",
Ey İlahi, sən bağışla bizə bu küfrü cəfadır.

Mən ol Eşqə kim, "...Siratəl-müstəqim"dən düşmüşəm,
Əli adlı şirkimin cəhimi mənə səfadır...

# 3210 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #