Şəhid atası oğluna şeir yazdı - Ürək dağlayan mətn

Şəhid atası oğluna şeir yazdı - Ürək dağlayan mətn
16 avqust 2021
# 11:29

Şair Kamil Vəfadar oğlu şəhid Şahgündüz Cabbarova şeir yazıb.

Kulis.az şeiri təqdim edir.

Sən yadıma düşəndə,
Halım pərişan olur.
Üzdən bütöv görünnəm,
Ürəyim şan-şan olur.

Ay qəşəng gözlü balam,
Üzü nur üzlü balam,
Gəl, sazlı-sözlü balam,
Hər gün toy-nişan olur.

Qapımı bir döysələr
“Gəlirsən” söyləsələr...
Nə qədər də öysələr,
Sənə yaraşan olur.

# 2823 dəfə oxunub

Müəllifin son yazıları

# # #