Rüstəm Behrudi intihar edən qardaşı oğluna şeir ithaf etdi

Rüstəm Behrudi intihar edən qardaşı oğluna şeir ithaf etdi
1 avqust 2021
# 11:30

Tanınmış şair Rüstəm Behrudi bir müddət öncə intihar edən qardaşı oğlu İsa Alməmmədliyə şeir ithaf edib. Kulis.az “Bazar oxusu” layihəsindən "Duman olub qayıtmaq" adlanın həmin şeiri təqdim edir.

Gecə...Sükut...Yalnızlıq...
Hər yan uçrum, mən duman;
Vaxtsız gələn xəbərdi,
Gecəyə çökən duman.

Gecə... Hüzün, kədər-qəm...
Dəniz susub, ay batıb;
Kimdi görən bu vaxtı,
Duman olub, qayıdıb?!

Bu didərgin kimdi, kim,
Nə axtarır, ay aman;
Şəhərin küçələrin,
Dolaşıb duman-duman?!

Gecəyə çökən duman,
Görən kimin ruhudu?
Kaş oyanam yuxudan,
Görəm hər şey yuxudu...

Duman olub, qayıdıb,
Kim bitirər bu yası?
Bir gün dönüb gələcək,
Gedənlərin hamısı.

Gecə... Sükut... Yalnızlıq,
Hər yer uçrum, mən duman;
Vaxtsız gələn xəbərdi,
Gecəyə çökən duman...

P.S. Rüstəm Behrudi ilə geniş müsahibəni sabah oxuya bilərsiniz.

# 2897 dəfə oxunub

Müəllifin son yazıları

# # #