Rafiq Tağının anasına yazdığı şeir

Rafiq Tağının anasına yazdığı şeir
16 aprel 2020
# 11:10

Kulis.az mərhum şair Rafiq Tağının vaxtıyla anasına həsr etdiyi şeiri təqdim edir. Xatırladaq ki, Rafiq Tağının anası bu günlərdə dünyasını dəyişdi. O, Rafiq Tağının qətlə yetirildiyini bilmirdi. Yaşlı olduğu üçün xəbəri ondan son günə qədər gizlədilər.

Anamı beş-on dəfə görməyim qalır

Qəriblikdə
nə səadət
anamı beş-on dəfə
görməyim qalır...

Ağlamağın ustasıdı,
hər il başqa cür
qocadı
anam -
onu beş-on dəfə
görməyim qalır.

Kefindədi
ürəyidaş oğlanları -
dünənəcən
təqaüdünə qardaş
oğlanları.

Məni görmək istəyir
deyirlər -
üzümdən öpmək istəyir...

Qəriblikdə
nə səadət -
təsadüfən sağ qalsaq,
anamı beş-on dəfə
görməyim qalır.

1980, noyabr

# 2546 dəfə oxunub

Müəllifin son yazıları

# # #