Ömrü uzadır, stressi azaldır, beyni işlədir... – Kitab oxumağın faydaları

Ömrü uzadır, stressi azaldır, beyni işlədir... – Kitab oxumağın faydaları
23 aprel 2021
# 12:39

Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Kulis.az bu münasibətlə kitab oxumağın on beş faydasını təqdim edir.

1. Zəkamızı inkişaf etdirir

kitap okumak kelime dağarcığını geliştirir

Kitab oxumaq insan zehninin sağlamlığı üçün çox faydalıdır. O, təkcə savadımızı artırmağa yox, həm də beynimizin fəaliyyətini yaxşılaşdırdığına kömək edir. Çox kitab oxuyan şəxslər daha diqqətli olur. On il öncə elmi bir araşdırma kitab oxumağın beyində xüsusi maddənin yaranmasına səbəb olduğunu kəşf etdi. Bu maddə öyrənməyə kömək etməklə yanaşı, zehin xəstəliklərin qarşısını alır.

2. Söz ehtiyatımızı zənginləşdirir

Kitab söz ehtiyatımızı daha da zənginləşdirir. Söz ehtiyatı zəngin olan insan fikirlərini daha rahat, dolğun və düzgün ifadə edir. Bu, həm yazarlar, həm də bütün danışanlar üçün çox önəmlidir. Həmçinin, xarici dil öyrənənlər üçün kitab oxumaq əla vasitədir. Bu yolla həm qrammatika biliklərinizi artıracaqsınız, həm də yeni sözlər öyrənəcəksiniz.

4. Stressi azaldır

okumak mutlu eder

Stress dövrümüzün ən böyük bəlalarından biridir. Uzun müddət stressdə olmaq isə orqanizmimiz üçün təhlükəlidir. Kitab oxumaq sizi gündəm və mövcud problemlərdən uzaqlaşdıraraq stressinizin azalmasına səbəb olur. Bir araşdırmaya görə mütaliə stress səviyyəsini 68 faiz azaldır. Filosof Devid Levisin dediyinə görə 6 dəqiqə səssiz kitab oxumaq ürək döyüntüsünü və əzələlərdəki gərginliyi azaltmağa bəs edir.

4. Məlumatımızı çoxaldır

Məlumat insan üçün ən vacib şeylərdən biridir və şübhəsiz ki, kitab oxumaq yeni məlumatlar əldə etməyimizə, nələrsə öyrənməyimizə kömək edir. Əldə etdiyiniz hər məlumat, bilgi isə bizim üçün xüsusi bir üstünlükdür.

5. Zehni gücləndirir

Bir çox insan telefon nömrələrini, ünvanları, hətta adları yadda saxlamaqda çətinlik çəkir. Mütəmadi olaraq mütaliə etmək bir qayda olaraq zehnimizi gücləndirir.

6. Diqqəti artırır

Günümüzdə insanlar artıq bir neçə işi eyni anda görməli olur. Sosial şəbəkələrdəki hesablarımızda gəzişərkən TV izləyirik. Buna görə bəzən iş görərkən, ya da kimləsə söhbət zamanı fikrimizi cəmləməkdə çətinlik çəkirik. Kitab oxumaq isə diqqətimizi artırmağa kömək edir. Çünki, mütaliə zamanı bütün fikrimizi oxuduğumuz kitaba yönəldirik, bu da daha diqqətli olmağımıza kömək olur.

7. Yazmaq bacarığımızı yaxşılaşdırır

Yaxşı yazar olmaq üçün ilk növbədə yaxşı oxucu olmaq lazımdır. Mütəmadi mütaliə etmək yazıçı keyfiyyətlərini artırır. Məsələyə belə də yanaşmaq olar: digər işlərdə də peşəkarlaşmaq üçün daha peşəkarların işi ilə tanış olmaq mütləqdir.

8. Yuxu rejimimizi nizama salır

Yatmazdan əvvəl film izləmək, ya da internetdə gəzişmək əvəzinə kitab oxumaq daha yaxşı yatmağınıza kömək edəcək. Çünki kitab elektron cihazlar kimi mavi şüa yaymır.

9. Depressiyanı yüngülləşdirir

Depressiya ciddi narahatlıq olduğu üçün dərmanlara ehtiyac yarana bilər. Ancaq kitab oxumaq stressi azaltdığı kimi depressiya ilə mübarizədə də bizə kömək olur. Daha bir araşdırma onu göstərib ki, kitab oxuyanlar depressiyaya 21 faiz daha az meylli olurlar.

10. Xəyal gücümüzü qidalandırır

uyku öncesi kitap okumak

Kitab oxuduğumuzda əsərdəki obrazları və hadisələri beynimizdə canlandırmağa çalışırıq. Bu da öz növbəsində xəyal gücümüzü artırmağa kömək edir. Bu, xüsusən də yazıçılar üçün çox vacib keyfiyyətdir.

12. Ömrü uzadır

Yeyl Universitetinin araşdırmasına görə, mütəmadi kitab oxumaq insan ömrünü uzadır. Alimlərin yaşı 50-dən yuxarı olan 3 min 600 nəfərlə etdiyi sorğu göstərib ki, gündə 30 dəqiqə kitab, dərgi, qəzet oxuyanlar ortalama 2 il daha çox yaşayırlar.

12. Empatiya bacarığımızı artırır

okumak konsantrasyonu artırır

Xüsusən bədii kitab oxuyan adamlar obrazların nələr hiss etdiyini və nə edəcəyini təxmin etməyə çalışır. Bu da empatiya duyğusunun güclənməsinə kömək edir.

13. Altsheymer riskini azaldır

Kitab oxumaq beyni işləməyə və daha aktiv olmağa vadar edir. Beynin aktiv fəaliyyətdə olmağı isə onun gücünü itirməməyinə kömək edir. Çünki beynimiz də əzələlərimiz kimi güclü qalmaq üçün məşqə ehtiyac duyur. Mütaliə beynin “1 nömrəli” məşqidir.

14. Sosiallaşmağa kömək edir

kitap okudukça bilgin artar

Kitab oxuyan adamlar insanların bədən dilini, jest və mimikasını daha yaxşı anlayır və bu onların daha yaxşı ünsiyyətə girməsinə kömək edir.

15. Xoşbəxtliyi artırır

Yatmadan Önce Kitap Okumak: Beyninizin Seveceği Bir Alışkanlık - Aklınızı  Keşfedin

Kitab oxumaq həm də bir əyləncədir. Araşdırmalara görə, mütaliə edənlər həyatından daha məmnun, daha xoşbəxtdir. Həmçinin gördükləri işi dəyərli qəbul edirlər.

# 4402 dəfə oxunub

Müəllifin son yazıları

# # #