Görün, Ramiz Rövşənin məşhur şeirini necə dəyişdilər – Mətn

Görün, Ramiz Rövşənin məşhur şeirini necə dəyişdilər – Mətn
16 iyul 2021
# 10:15

Gənc şair Fərid Hüseynin Ramiz Rövşənin məşhur “Qara paltarlı qadın” şeirini dekonstruksiya edib. Kulis.az ədəbi mühitimiz üçün maraqlı olduğunu nəzərə alıb həmin şeiri təqdim edir.

Nasirlər bir olmur, adam balası,
qorxağı var, igidi var,
amma hər nasirin öləndən sonra,
əsərləri haqda yazacaq
qara piyarsız bir tənqidçiyə ümidi var.

O öləndə kim olacaq əsərini oxuyan,
yoldaşmı olacaq, dostmu olacaq?
Bəlkə, romanından ən çox yazan
ən az qonaqlıq verdiyi tənqidçi olacaq.

İllər boyu susan bu tənqidçi
görən, necə saxlayıbdır özünü,
bircə kərə nə hədiyyə yollamısan,
nə konvert çatdırmısan,
gözlərinə batır indi məqalənin hər sözü,
illər boyu bu tənqidçiyə heç bir şey verməmisən,
görən, niyə yada eyləyir o, səni?

O, bu yazını qaralamaqdansa,
məqalədə səni döysə yaxşıdı,
ölən əsərlərindən yazmaqdansa,
söysə, söysə yaxşıdır.

Yeri-yeri, qara piyarsız tənqidçi,
kiri-kiri, qara piyarsız tənqidçi.

Bu nasir də min nasirdən biridi,
bəsdi basdın hekayəsin bağırına,
onu tərifləyən hər kəs kiridi,
sən də kiri, nəsri damır, ağlama.

# 2538 dəfə oxunub

Müəllifin son yazıları

# # #