Filosof Nərmin Kamalı tənqid etdi: “Ürəksıxandır!”

Filosof Nərmin Kamalı tənqid etdi: “Ürəksıxandır!”
9 iyun 2021
# 10:07

“Bu hekayədə Teymurun sözü məni güldürdü. Deyir, bıçaq tapmırdı çörək kəssin, qızı hamısını gizlədirdi ki, atası anasını öldürməsin.”

Bu sözləri filosof Niyazi Mehdi yazıçı Nərmin Kamalın Kulis.az-da yayımlanan “Müharibə qurtardı” hekayəsinə fikir bildirərkən yazıb. O, daha sonra əlavə edib.

«Kimdir günahkar?», «Kimdir pis, kimdir yaxşı?» - hekayədə buna cavab verəcək həcm yoxdur. Müəllif istəsəydi, sezdirməyin yolunu tapardı. İstəmədiyi üçün də ürəyimizi sıxır: didişən, incişən, icəşən, iri jestlərə gücü çatmayan bu oğlan-qızların axırı nə olacaq?! Gənclərdən ləzzət almağı adamın burnundan gətirən hekayədir. Nə bilim xeyri nədir? Ağıllı hər yazı xeyirlidirsə, bu da yəqin xeyirli olar, ancaq çox balaca olduğundan xeyri də balacadır. Aydın vurğuları düzülmüş hekayələrdən qaçmaq da xeyirli ola bilər. Bu hekayə ürəksıxan realizmə örnəkdir, nə oğlana, nə qıza, nə uşağa rəğbət duyursan. Hamısına bir az yazığın gəlir. Nə bilim vallah, «istedadlı yazıdır» deyəndən sonra tərifləməyə dilim gəlmir. Bu hekayənin verdiyi Azərbaycan da bir «yönnü» deyil. Çağdaş Azərbaycan ədəbiyyatının baş vurduğu konular, əl atdığı üslublar elə böyük və çox deyil ki, onların zəngin fonunda bu hekayəni də balaca cizgi kimi ləzzətlə oxuyasan.”

# 2848 dəfə oxunub

Müəllifin son yazıları

# # #