Fars rejissor İran festivalından imtina etdi - Etiraz

Fars rejissor İran festivalından imtina etdi - Etiraz
13 yanvar 2020
# 11:26

İranlı rejissor Məsud Kimyai Ukrayna Hava Yollarına aid təyyarənin İran hava hücumundan müdafiə sistemi tərəfindən vurulmasına etiraz olaraq, Beynəlxalq Fəcr Film Festivalından imtina edib.

Kulis.az xəbər verir ki, məşhur rejissor filminin İran festivalında nümayişinə icazə verməyib.

“Xalqım bu gün çətin anlar yaşayır. Mən həmişə xalqımın yanında olmuşam. Başsağlığı olaraq, filmimi Fəcr Festivalından geri götürürəm. Bu təyyarədəki insanlar sadəcə sərnişin idi”.

Qeyd edək ki, məşhur rejissor, ssenarist Məsud Kimyai İran kinosunda “Yeni dalğa”nın üzvlərindən sayılır.

# 2640 dəfə oxunub

Müəllifin son yazıları

# # #