Dünyanın ən ağır qanteli – Vaqif Səmədoğludan qısa şeir

Dünyanın ən ağır qanteli – Vaqif Səmədoğludan qısa şeir
7 fevral 2021
# 13:30

Kulis.az “Bazar oxusu” layihəsindən Vaqif Səmədoğlunun “Qantel” şeirini təqdim edir

Bilirsiz qantel nədir?
Çuqundan tökülmüş,
Uzun bel səkkizə bənzər
əzələ bərkidən.

Mən bir dəfə
dünyanın ən ağır
qantelini qaldırdım:
telefon çağırdı məni,
götürdüm dəstəyi,
səs gəldi:

- Özünü ələ al,
öldü...

Qüvvəm çatmadı,
düşdü əlimdən
dünyanın ən ağır qanteli...

# 3200 dəfə oxunub

Müəllifin son yazıları

# # #