Dovşanın ölümü - Afaq Məsudun hekayəsi

Dovşanın ölümü - Afaq Məsudun hekayəsi
8 mart 2021
# 16:30

Kulis.az Afaq Məsudun “Dovşanın ölümü” hekayəsini təqdim edirik.

…Dovşanın biri can verirdi. Gözlərinin ifadəsi itmiş, bəbəkləri bulanıb bozarmışdı,rəngsiz ağzını torpağa dirəyib ağır-ağır nəfəs alırdı.

O biri dovşanın kolun dalından bircə qulaqları görünürdü. Qulaqlarının titrəyişindən başa düşmək olurdı ki, yenə şüursuz gözlərini bir nöqtəyə zilləyib nəfəs dərmədən, nə isə “üyüdür”.

Çöməlib dovşanın heysiz başını su qabına yaxınlaşdırdı ki, bəlkə heyvan su içə. Dovşansudan acgözlüklə içib çeçədi, nəfəsi itdi, gözləri şüşə düymələr kimi hərəkətsiz qaldı.

– İndi neyləyək?.. – əri əzabdan bürüşmüş üzüylə ona baxdı. Elə baxdı, elə bil dovşanıo öldürmüşdü.

İsa kişi siqaretin kötüyünü quma salıb ayağıyla basdı:

–Dovşanın erkəyiylə dişisini bir yerdə saxlamazlar. Biri ölür həmişə.

– Hansı ölür?..

– Çox vaxt erkəyi.

– Niyə erkəyi?..

Əri onun bu yersiz sualına üzünü bozartdı. İsa kişi sualı eşitməmiş kimi əllərini gündənağarıb süzülən şalvarının ciblərinə soxdu, başını aşağı salıb darvazaya sarı getdi, ordabir anlığa ayaq saxlayıb:

– Salamatı göyərçindi, – dedi və çıxdı.

İsa gedəndən sonra əri. deyəsən, dovşanın dəqiq ölüb-ölmədiyini yoxlamaq üçün ikibarmağıyla heyvanın balaca ağ pəncəsini qaldırıb–saldı, dikəlib əllərini belinə vurdu,səsi xırıldaya–xırıldaya:

– Öləcək, – dedi.

Dovşan nəfəsi təngiyə–təngiyə can verirdi, bəbəkləri irilib, az qala, hədəqəsindənçıxırdı, balaca, isti bədəni zəif titrəyişlə əsim–əsim əsirdi.

Dovşan hava qaralanacan beləcə can verdi və öldü.

Əri bağın aşağı küncündə yer qazıb dovşanı orda basdırdı.

…Bütün gecəni yuxuda da dovşanın can verməyini gördü. Can verən dovşan öləndovşandan iri və ağ idi, can verdiyi yerdə birdən-birə dirildi, iki ayağı üstə qalxıbpəncələrini onun çiyinlərinə qoydu, ağzını iri açıb boğazının yolu görünə-görünəəsnədi. Elə əsnədi, az qaldı onu mağaravari ağzının içinə salıb uda...

Səhər yeməyində o biri dovşan gəlib aynabəndlə üzbəüzdə oturmuşdu, balacaağzıyla yenə nəyisə xırda–xırda çeynəyə–çeynəyə qorxaq gözləriylə onlara elə baxırdı,elə bil söhbətlərinə qulaq asırdı.

– Görən ölən dişisiydi, erkəyi?..

Əri gözünü qıyıb dovşana baxdı:

– Fərqi nədi ki?

– Bu, oğlana oxşayır.

Əri üzünü elə bürüşdürdü, elə bil gözünə gün düşdü:

– Harası oxşayır?..

– Bığları.

– Bığın bura nə dəxli var, guya qız dovşanın bığı olmur?..

Yağı səliqəylə nazik dilimin üstünə yaxa-yaxa dovşana baxıb:

– İndi bu darıxacaq, – dedi, – bəlkə, birini də alasan?!..

– Hansından alım?..

– Elə bundan.

– Deyirəm, nə bilək bu hansındandı, erkəyidi, ya dişisi?!..

Səhər yeməyi stolun üstündə qaldı. Ər-arvad meynələrin arasıyla ha qaçdılar, dovşanıtuta bilmədilər.

– Qəribədi, – əri bir qədər sonra maşını Mərdəkanın dar küçələrindən sürətlə döndərə-döndərə deyirdi, – çox qəribədi…

– Nə qəribədi?

– Dovşanın ölməyi. Birinci dəfədi eşidirəm ki, dovşanın erkəyi ilə dişisini bir yerdəsaxlamazlar, – əri deyib çuxura düşmüş gözlərini harasa, lap yaxına zillədi.

…Ərinin üz-gözü dünəndən bu günə xeyli dəyişmişdi. Gözlərinin altı qaralmış,bənizi solmuşdu.

...Axşam uşaqlar bağa çatar-çatmaz, ağlaşma qurdular. Uzun müddət dovşanınbasdırıldığı yeri öyrənmək üçün atalarının zəhləsini tökdülər, sonra həmin yeri xırdadaşlarla, çınqıllarla, meynə yarpaqlarıyla bəzədilər.

...Şam yeməyi kədərli keçdi. Uşaqlar solğun bənizləriylə bir-birinə baxa-baxa, uzunçəngəllərlə vermişelin içində həvəssiz-həvəssiz qurdalanıb xörəklərini soyutdular.

Əri xörəyi iri tikələrlə, tez-tez, az qala, diri-diri udduqca, qarabuğdayı sifəti elə bil bir azda qaralırdı, qaşlarının düyünü göyə çalırdı…

Bir qədərdən sonra əri yenə gözləri yol çəkə-çəkə harasa, lap yaxına baxırdı. Elə bildovşan hələ də hardasa, lap yaxınlıqda can verirdi.

– Sənə dedim axı, o çiyələklərdən gözüm su içmir.

– Hansı çiyələklərdən?.. – əri diksinib ayıldı.

– O gün dovşanlara yedirtdiklərindən.

– O çiyələkdən özüm də yemişəm.

– Sənin bədəninlə dovşanınkı birdi?..

– Zəhərin bədənin böyük-kiçikliyinə dəxli yoxdu.

– Var.

– Yoxdu! – əri qəfildən əlini stola çırpıb qışqırdı, stolun üstündəkilər cingildəyib bir-birinə dəydilər. – İsa adam dilində dedi sənə: erkəklə dişini bir yerdə saxlamazlar!.. Biriölür həmişə!..

– Hansı ölür?..

Əri onun sualına cavab vermədi, nimçəsini əsəbi hərəkətlə qabağından itələyib ayağaqalxdı.

– İşə düşmədik?.. Mən düşüb ölsəm, heç vecinə gəlməz, – deyib, dovşanı söyə-söyə itiaddımlarla bağın dərinliyinə getdi, ağaclığın sıx yerində gözdən itdi, gecədən xeylikeçənə qədər ordan qayıtmadı.

...O biri dovşan bütün axşamı gah o kolun, gah bu kolun arxasından onlara baxır,çəhrayı qulaqlarını tərpədirdi.

...Gecənin bir yarısı kiçik qızının səsinə ayıldılar, özlərini hövlank onun otağına çatdırıbişığı yandırdılar.

…Uşaq yerinin içində oturmuşdu, yuxulu gözlərini ova-ova ağlayırdı.

– Nolub, niyə ağlayırsan?..

Qız cavab vermədi, ağlamağını da kəsmədi.

– Haransa ağrıyır?..

Qız ağlaya-ağlaya başını bulayıb “yox” dedi.

– Bəlkə susamısan?..

Qız ağlamağına davam edə-edə, yenə başını bulayıb “yox” dedi.

– Bəlkə çişin var?..

Qız başını buladı.

– Bəlkə istidi sənə?..

– Yo-ox...

– Bəs niyə ağlayırsan?..

Qız yenə ağlaya-ağlaya başını buladı.

Əri yuxusuzluqdan qızaran gözlərini döyüb əsəbi–əsəbi:

– Nə istəyirsən axı?.. – deyə çığırdı.

Uşaq dik atılıb ağlamağını kəsdi, yazıq gözlərlə onlara baxıb astaca:

– Qaşınıra-am, – dedi.

...Səhər istirahət günüydü deyə, hava da elə bil kədərliydi. Dovşan öləndən bəri elə bilbağın yaşıllığı solmuşdu, yarpaqlar bürüşüb bozarmışdı. Bomboz otluğun içindənboylanan tənha dovşanın üzündən yetimlik yağırdı.

Həftə ərzində yığılan bir taya çirkli paltar göz dağı kimi həyətin bir küncünə qalanıbonu gözləyirdi. Çirkdən paltarların ağız-burnu əyilib bozarıb elə günə düşmüşdü ki,bunları bir-iki gün əvvəl əyninə geydiyini fikirləşəndə, az qalırdı başına hava gələ...

...Əri bağın aşağı başında, damağında siqaret əsəbi hərəkətlərlə, deyəsən, ağacındibini açırdı. Aradabir beli bıçaq kimi torpağa sancıb, əllərini belinə vurur, dünyadanbezmiş təki göylərə zillənirdi.

Bir qədər sonra o quma oturmuşdu, köynəyini çıxarıb başına sarımışdı.

– Günortaya bəlkə küftə bişirəsən?.. – yerindən tərpənmədən, başını ona sarıçöndərmədən dedi. Uzaqda olsa da, səsi bağın sakitliyindən lap yaxınlıqda eşidildi.

– O köynəyi başına sarımaqdansa, keç kölgədə otur.

– Mənim burdan xoşum gəlir.

– Başına gün vuracaq.

Köynəyin qolları üzünə düşmüşdü deyə, ərinin sifəti görünmürdü:

– Əladı də.

– Nə əladı?..

– Hər şey.

Bir müddət ortaya sakitlik çökdüyündən, İsanın radiosunun səsi eşidilməyə başladı.Muğamat verirdilər.

– Dünyada üç şeydən zəhləm gedir, – dedi, – bir istidən, bir muğamatdan, bir dəküftədən.

Əri başındakı köynəyin altından:

– Əladı də, – dedi.

Gəlib əriylə üzbəüz oturdu.

Ərinin üzü burdan da görünmürdü. Odu ki, köynəyin ucunu qaldırıb:

– Heç olmasa, bir kirpi tap, – dedi.

– Kirpini neyniyirsən?..

– Dovşan darıxmasın.

Əri ayağa qalxıb üstünü çırpdı:

– Daha nə tapım?.. Göbəkatan rəqqasə necə lazımın deyil?..

Fikri ayrı yerdəydi deyə, ərinin axırıncı sözlərini tuta bilmədi.

– Rəqqasəni neyniyirik?

– Dovşan üçün göbək atsın.

***

Bozbaş zəqqutun kimi duzlu idi. Əri qaşığı ağzına aparıb mədəniyyət xatirinə zorlagülümsündü:

– Duzludu.

Uşaqlar bozbaşa yaxın durmadılar, mətbəxin yerinə, göyünə yağ sıçrada-sıçrada birtava qayğanaq bişirdilər, sonra dava salıb tavanı üzü üstə döşəməyə aşırdılar.

Ərinin səsi yataq otağından gəldi:

– Axşama nə yeyəcəyik?..

Axşam, adətləri üzrə, şam yeməyinə bağlarının yanındakı restorana getdilər.

Stolun üstü onların gəlişi üçün xüsusi təmtəraqla bəzədilmişdi.

Həmişəki kimi əriylə üzbəüz oturdu.

– Kürü yeyirsən?..

– Yox.

– Lobya necə?..

Çiyinlərini çəkdi.

Əri ona sarı uzatdığı lobya nimçəsini əsəbi hərəkətlə yerinə, bir-birinə dirənənqəlyanaltıların arasına itələdi.

Böyük qızın əli limonadla dolu badəyə dəydi, limonad masanın üstünə dağılıb süfrənigöyərtdi.

Əri qıza necə tərs-tərs baxdısa, uşağın dodağı büzüldü, ağlamasın deyə, üzünü yumaqbəhanəsiylə çölə çıxdı.

– Niyə elə baxdın ona?.. Qəsdən eləmədi ki…

Əri onu eşitmirmiş kimi, başını aşağı salıb salatını yeməyə davam elədi.

Sonra qızı qayıtdı və bir müddət hamı dinməz-söyləməz soyuq qəlyanaltılardanyeməklə məşğul oldular.

– Niyə yemirsən? – deyə əri qəfildən çəngəlini saxladı, boğazına dirənən tikəni zorlaudub pərt gözlə onun boş nimçəsinə zilləndi.

– Yeyirəm.

– Nə yeyirsən?..

– Balıq.

– Balığa necə, yazığın gəlmir?..

Ərinin çökəyə düşmüş gözlərinə, bir günün içində nazilib uzanan üzünə baxdı:

– Məndən nə istəyirsən?.. – dedi və hiss elədi ki, səsi titrəyir.

Əri əsəbi hərəkətlə çiyinlərini çəkib:

– Mən?.. Heç nə – dedi – Sən nə isə istəyirsən. Qınayan olmasa, dovşana qırx gün-qırxgecə yas tutub ağlayarsan.

Əri danışdıqca, hiss elədi, gözünün yaşı boynuna, ordan damla-damla sinəsinə necə süzülür.

O, ağladıqca göyün üzü qaraldı. Bu qaraltı ərinin bəbəklərini də örtdü. Onun ağlamağını görcək, ərinin bəbəkləri genişlənib qaraldı, qaramtıl bəbəklərini onun gözünün içinə zilləyib dilləndi:

– Bəlkə deyəcəksən, dovşan üçün ağlayırsan?..

Başını bulayıb “yox” dedi.

– Onda de görüm, niyə ağlayırsan. Bəlkə səninçün bir kirpi tapaq, darıxmayasan?..

Üzünü ha gərdisə də, gözünün yaşını saxlaya bilmədi.

– Niyə dinmirsən, danış da. Dərdini de.

– Nə deyim?..

– De ki, yaşaya bilmirsən, darıxırsan, çürüyürsən, ölürsən, hər şeydən ürəyin bulanır,məni görəndə gözün ağrıyır, uşaqlar əl-ayağına dolaşır, sənə yaşamağa mane olurlar…

Əri həkim kimi sakit, ölçülü-biçili danışırdı. Elə bil bu sözləri demək üçün saatlarla məşqeləmişdi.

– Əl çək məndən, danışmağa həvəsim yoxdu.

– Əlbəttə, olmaz. Axı biz kimik ki, sizin dediyiniz sözü eşitmək şərəfinə nail olaq?

– Yuxum gəlir.

Bunu kiçik qızı dedi və bic gözləriylə gah ona, gah da atasına baxdı.

...Gecədən xeyli keçənə qədər şüşəbənddə oturub qaranlıq ağaclığa, ulduzsuz göyəbaxdı, yağışın səsinə qulaq asdı.

Yuxusu gəlmirdi. Yağışın səsi elə kədərliydi ki, yadına hardansa tanış, qəmli birmelodiyanı salırdı... Melodiyanı dodaqaltı, sakitcə mızıldadı və hiss elədi necə ürəyininbaşı yavaşca söküldü...

Başını qoluna qoyub ağladı. Ağlaya-ağlaya, bir müddətnəyə görə ağladığını fikirləşdisə də, başa düşə bilmədi.

İçəridən ərinin günah dolu səsi eşidildi:

– Gəl yat, soyuq olar. Yağış yağır.

Çox çəkmədi ki, əri də şüşəbəndə çıxdı, keçib yanında oturdu, başını onun çiyninəqoydu. Elə bil yenə yazığı gəlirdi ona:

– Niyə yatmırsan?..

–...

– Soyuq deyil sənə?..

– Yox.

– Bəlkə qəhvə dəmləyim, içək?..

– Yox.

– İşığı yandırım?..

– Yox.

– Bəs sən nə istəyirsən axı?.. – bu dəfə əri elə çığırdı ki, səsi iki yerə bölündü.

– Kirpi istəyirəm, – dedi və ağlamağı görünməsin deyə üzünü yana çevirdi.

# 2788 dəfə oxunub

Müəllifin son yazıları

# # #