Çağırdım bir qadını qızlıq familyasıyla - Akif Əhmədgildən şeirlər

Çağırdım bir qadını qızlıq familyasıyla - Akif Əhmədgildən şeirlər
26 fevral 2021
# 21:00

Kulis.az bu gün doğum gününü qeyd edən tanınmış şair Akif Əhmədgilin seçmə şeirlərini təqdim edir.


Yeganə təsəlli

Nə deyir tapdanmış qızılgül kolu?.
Yeganə təsəlli "Şanel" qoxusu.
Yeganə təsəlli bir dag laləsi -
Cənnətə uzanan cəhənnəm yolu.
Ömrün xəzan vaxtı, payız vaxtıdır.
Başımın üstündə köcəri quşlar,
Dəydimi burnna sevda havası?.
Sən elə sanma ki, şahlıq quşudu.
Bəlkə qu quşudu, bəlkə bayquşdu ?
Bu yaşda,
bu başda çıxdı qarşına..

Səni hara çəkir bu sevda yolu?
Büdrəyə biləsən elə ilk addımda.
Atdığın bu addım bəlkə yanlışdı -
Cənnətə aparan cəhənnəm yolu.

Gözləyə yolunu bir nakam gəlin,
Sənə əl eləyə, gözləri dolu.
Sıyrılıb kol basmış xatırələrdən
Sən addım atasan bir ilk sevdaya.

Cənnətə aparan cəhənnəm yolu.
Yeganə təsəllin ... "Şanel"qoxusu.
Yır-yığış eləyib tələm-tələsik
Sıyrılıb gələsən tələbəlikdən,
Qəflətən çin ola sevda yususu.
Ömrün bahar fəsli - Qış şəhərindən
Tülpan gətirəsən Qış sarayından -
Ömrün sarayından kərpic düşsə də.
Bir qurtum içəsən pürrəngi çaydan.

Mətbəxdə bir yanıq qəhvə qoxusu,
Sənə Ad günündə tort gətirələr.
Metro qatarında - yerin altından.
Adın ... Ad günün də çıxa yadından

Yeganə təsəllin xoş xatırələr -
Pərən-pərən düşüb indi çoxusu.
Birdəki yüz illik ""Şanel" qoxusu.
Bir də dag laləsi.. tülpan qoxusu.
Talanıb taranmış qızılgül kolu-
Cənnətə aparan cəhənnəm yolu.

Anama

Beş övlad gətirdin sən ki dünyaya,
Gəlimli dünyaya gəlib gedirsən.
Xalçanın üstündən asılıb şəklin,
Məsum bir təbəssüm... gülüb gedirsən?

Qızların üstünə gül aparmazmı?
Gizlədə bilsəydim nəvələrindən,
Gizlədə bilsəydim göz yaşlarımı.
Yataqda balıncı sel aparmazmı?
Xiffətin bağrımı dəlib, gedirsən.


Sıxır ayağımı ayaqqabı da
Otaqda üstümə lay divar gəlir.
Qaldığım otaqlar dursun bir yana,
Qaldığım dünya da mənə dar gəlir.

Deyərdin: “Beş övlad beş barmağımdır”.
Bu maşın haraya şütüyür belə?!
Sükan arxasında böyük oğlum,
Sükan arxasında sonbeşiyimmi?!

Bilirəm, böyüyü çox istəyirdin.
Ortancıl oğlun – adsız barmağın,
Kəsib boğazından, kəsib əynindən
Sən onu hər zaman kürsü başında,
Vəzifə başında tox istəyirdin.

Ayrılıq əlindən üz tutum hara?
Payızda üstümə boran, qar gəlir.
Mindiyim maşınlar şütüyür hara
Baxırsan, üstünə bir günü kimi
Ayrılıq adında bir qatar gəlir.

Hər zaman “dərdini alım” deyərdin.
Şəhərdən gələndə tələm-tələsik
Bir gecə yanında qalım deyərdin.
“Ayağın altında ölüm!” deyərdin
Bəs nədən çiynimdə... ölüb gedirsən?

Dəniz yaman şirindi

...Sərt sular arada çəpərdi bizə.
Vallah ləpələrin suyu bal dadır;
Sənin şirinliyin hopub dənizə,
Dəniz yaman şirindir.

...Düşmüsən könlümə, bəxtimə mənim,
Dəniz sularına düşən ay kimi.
Bir gün qapınıza elçi gələndə
Anan verəcəyi şirin çay kimi
Dəniz yaman şirindir.

...Əl çəkmir dənizdən qağayılar da,
Tamı şirinləşib göy ləpələrin.
Bəlkə çəmənlərin, bəlkə dənizin,
Bəlkə heç sənin də yoxdu xəbərin –
Dəniz yaman şirindir.

Cağırdım bir qadını qızlıq familyasıyla

Cağırdım bir qadını qızlıq familyasıyla
Zamanın da ğeri döndü bir an təkəri.
Sanki qulaqlarıma bir səs gəldi qeybdən.
Elə bu cür cağırardı orta məktəbdə
Onu yazı taxtasına sinif rəhbəri.

Cağırdım bir qadını qızlıq familyasıyla -
Döndü toy günündən sonrakı ilk səhərə.
Tale ütü cəkdi üzündəki qırışa
Tələsdi rəhmətlik əriylə ilk görüşə -
Dirilik suyu ələndi xatirələrə.

Cağırdım bir qadını qızlıq familyasıyla -
Baxa-baxa qaldı qonum-qonşu da yad da.
Yel kimi adladı qırxın otuzun üstdən.
Tərsinə işlədi qolundakı saat da .
Adladı oğlunun üstdən qizının üstdən -
Sonbeşik qızıyla o yaşıd oldu.

Cağırdım bir qadını qızlıq familyasıyla -
Hərəmiz bir möcüzə intizarında.
Ürəklərin odu hənirimi azalıb ? .
Qar; dodağında qız gülüşü yurd salıb -
Matı quruyub dünya görmüş qocaların da...

Cağırdım bir qadını qızlıq familyasıyla -
Döndü ötən güniə bir bayatı boyunca.
Yada salmalı qəbahət nə vardı ki nə ?!
Ömründə bir yol ərinin düşüb böyrünə
Gəzməmişdi şəhərbəşəhər hec doyunca.

Çağırdım bir qadını qızlıq familyasıyla -
Bir söz qoşdu ustad aşıqların hərəsi.
Gözləri bərəldi oğlunun da heyrətdən.
....Qəfil döndü kecmişə xoş səyahətdən.
Dönməyə bilməzdi... Cağırırdı nəvəsi.
"Сan nənə bir nağıl de... "

Bir qadın ömründən il azalar yaş gedər
Təzədən yaşanar günlər toyu yasıyla.
Ara bir cağırsan Allaha da xoş gedər
Bu ağbirçək qarını qız familyasıyla.

Mənəm öz-özünə danışan adam.

Kinorejissor Eldəniz Quliyevə ithaf olunur...

Bir mənəm birdəki quru mətbəxdi.
Nenim ki kecibdi gecə yarıdan.
“O, bir az şairdi, bir az təlxəkdi
Bəxti gətiribdi fikir sarıdan".
Siz fikir verməyin danışmağıma.
Mənəm öz-özünə danışan adam.
Mənəm öz-özünə cay dəmləyən də
Mənəm əl-ayağa dolaşan adam.
Mənəm ayaqları dolaşan adam.
Mətbəxdə nə qədər adam var, Allah.
Atam qonaq gəlib... qəbirdən cıxıb.
-Sən hardan, ay Ata, qurbanın olum!
İzn ver, döşənim ayağın altda.
Mən Sənin qədrini cox az bilmişəm,
Başımı köksünə sıxım ...bağışla.
Söylə nə var-nə yox torpağın altda?!
Qoy durum paltonun silim tozunu,
Nə olsun... bilirəm ...qəbir tozudu.
Nə yaxşı qayıtdın uzaq səfərdən.
Səni gözləyirəm coxdan... səhərdən.
Qoy sürtüm gözümə qəbir tozunu,
Sənin yoxlugundan ağrıyır gözüm.
Ayaq üztə durub üzmə qəlbimi
Soyuqdan gəlmisən bir cay icsənə.
Sənin yaşıdınam ...məni bağışla.
Mən indi bilmişəm ...cavan getmisən.
Bilirsən nə qədər sözüm var Sənə.
Getdinmi ay Ata.
Qoy yola salım.
Bəs niyə ..." dalımca gəlmə " deyirsən.
Mən Səni görəndə gülür üz-gözüm.
Özümdən asılı deyil ki, Ata.
"Gülməli nə var ki ... gülmə" deyirsən.
Mənəm öz-özünə danışan adam.
Var-gəl eləməkdən bezdi qab-qacaq.
Nə qədər yol getdik adam başına.
Bəlkə ən uzun yol - mətbəx yoludu
Di gəl ki catmırsan mənzil başına.
Mənəm öz-özünə danışan adam.
Getdikcə sıxlaşır sıralarımız.
Adamlar üz tutur hey axın-axın.
Getdikcə pir olur mətbəx dediyim,
Udur adamları mətbəx dediyim.
Yaxınlar yad olur,
Yadlar var - yaxın!
Mənəm öz-özünə danışan adam.
Vəzifə verirəm işsiz oğluma.
Hər yerə hay salıb küy eləyirəm.
Xəbər yollayıram Qara Tofiqə -
Oğlum Tamerlana toy eləyirəm.
Bir qız qonaq gəlib tələbəlikdən.
Evin ünvanını hardan öyrənib
Bizim dilimizi bilmirdi axı.
Gör bir nələr olur indi həyatda..
Mat qalıb divarda yatan saat da.
O necə açıbdı qapını görən?
Necə adlayıbdı illərin üstdən?
Axı bir dənədi evin açar,
Könül açarını demirəm, canım.
Yaxşı ki yatıbdı evdəki xanım
Yəqin ki oyanmaz Fil yuxusundan.
O bilsə .... inan ki batıbdır qanım!
"Soyuqdan gəlmisən isit əlini"...
Başı ayılanda məhkəmələrdən
Deyim Eldənizə kinoya cəksin
Qıpcaq cöllərinin Çar gözəlini...
Mənəm öz-özünə danışan adam
Gələn qonaqlara cay dəmləyirəm...
Batıram icində bir qədim xorun...
Sayıram ayrılan bu addımları.
Arvadım boylanır qonşu otaqdan,
Təpinir üstümə yarı yuxulu:
- Səsini alsana televizorun!
Başına yığmısan yad adamları...

# 3193 dəfə oxunub

Müəllifin son yazıları

# # #