Azərbaycanlı rəssam beynəlxalq müsabiqədə qalib oldu

Azərbaycanlı rəssam beynəlxalq müsabiqədə qalib oldu
14 sentyabr 2021
# 13:14

Azərbaycanlı rəssam Kamal Hacıyev beynəlxalq müsabiqənin qalibi olub.

Kulis.az xəbər verir ki, Belarusun Mogilyov Vilayətində Pavel Maslenikov adına Regional İncəsənət Muzeyində "Vətənin İncəsənətdə Təsviri" adlı 25-ci beynəlxalq yaradıcılıq müsabiqəsinin "Təsvirin poetik təcəssümü" nominasiyasında – rəssamımızın "Fəth edilməmiş" əsəri qalib seçilib.

Müsabiqədə Belarus, Rusiya, Moldova, Azərbaycan, Özbəkistan və Misirdən olan onlarla rəssamın rəsm əsərləri nümayiş etdirilib. Müsabiqə üç nominasiyada keçirilib.

# 1876 dəfə oxunub

Müəllifin son yazıları

# # #