7 dahinin yazmaq haqda fikirləri

7 dahinin yazmaq haqda fikirləri
31 may 2020
# 21:01

Kulis.az 7 tanınmış yazarın yazmaq haqda fikirlərini təqdim edir.

- Pul təklif edənə qədər havayı yaz. Əgər 3 il ərzində hansısa bir təkliflə yanına gəlməyiblərsə, demək sən odun doğramaq üçün yaradılmısan. Mark Tven

- Bir fərd ilə başlasan bir tip yaratdığını görərsən, bir tip ilə başlasan, heç nə yaratmadığını... F.Skott Fitserald

- Şeiri içinizdə təcrübədən keçirib, sonra çölə buraxın. Muriel Rukeyser

- Qısa hekayə dediyimiz şey sadəcə bir ruha sahib olmalı və hər cümlə hekayənin ruhuna uyğun gəlməlidir. Edqar Allan Po

- Gecə yarısı sizi yazmaq üçün yuxudan oyandıran heç nəyi dəyişdirmək lazım deyil. Saul Bellou

- Yetkinləşməmiş şairlər təqlid edərlər, yetkinlər isə ifa. T.S.Eliot

- Vacib hesab etdiyin və başqalarının da vacib hesab etdiyi mövzu tap. Əsl həssaslıq budur, cəlbedici söz oyunları yox.

# 3131 dəfə oxunub

Müəllifin son yazıları

# # #