“Qadınlar nə istəyir” sualına cavab tapa bilməyən dahi

“Qadınlar nə istəyir” sualına cavab tapa bilməyən dahi
10 iyun 2020
# 21:02

Kulis.az psixloanalitik Ziqmund Freyddən sitatları təqdim edir.

Bir insana əvəzedilməz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyi insan siz olarsınız.

Siz cavablar tapmağa çalışırsınız, biz isə daha çox sual soruşmaq niyyətindəyik.

Bil ki, əhəmiyyətli deyil neçə dəfə məğlub olduğun… Çünki əsl əhəmiyyətli olan, məğlubiyyətdən sonra yenidən dirçəlməyindir.

Buraxın ədalət yerini tapsın, istəsə qiyamət qopsun.

Düşünə bilən hər kəsin insan olması, insan olan hər kəsin düşünə bildiyi mənasını vermir.

Əgər insan həyatın mənasıyla maraqlanmağa başlayırsa, deməli, o xəstədir.

Qəribə deyil? Xatirələr xoşbəxtlik vericidir, amma bəzən xatırlamaq...intihar səbəbin belə ola bilər.

Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.

Mədəniyyətin qurucusu ilk dəfə mizraq atmaq yerinə küfr istifadə etmiş olan insandır.

Ər demək olar ki, həmişə sevimli kişinin əvəzedicisi rolunu oynayır.

Güc və etibarı həmişə xaricimdə axtardım. Amma bunlar insanın içindən gəlir. Və hər vaxt oradadırlar.

Heç bir kişi birlikdə olmaq istəməyəcəyi bir qızla yaxın yoldaş olmaq istəməz.

Qəribə deyilmi? Birini çox sevdiyinizdə; söylədiyinin yalan olduğunu bilsəniz belə, yenə hər şeydən çox ona inanmaq istəyərsiniz.

Hələ cavabı tapılmamış və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadınlar nə istəyir?

Həyatın mənşəyində duyğular vardır, duyğulanmanın da təməli eşqdir.

İnsanı xoşbəxt etmək Yaradanın planlarına daxil olmayıb.

Qəribə deyilmi? Üzünə güləcək qədər dost sandıqların, əslində dalınca danışacaq qədər üzsüzdülər.

Qəribə deyil? Ədəbli ədəbindən susar, ədəbsiz mən susdurdum sanar.

Adını unutduğunuz adam haqqında şübhəsiz mənfi bir düşüncəniz vardır.

Ədaləti ağılın köməyi olmadan istifadə etmək qeyri-mümkündür.

Azadlıq mədəniyyətin insana bir hədiyyəsi deyil. Mədəniyyət olmayanda, insan daha azad idi.

Bədbəxtliyi dadmadan, həmişə xoşbəxt olmaq istəyərsən. Halbuki nələrin səni bədbəxt etdiyini bilmədən, nələrlə xoşbəxt olacağını bilə bilməzsən.

Bir insan bir yerə baxırsa orada maraqlandığı bir şey vardır. Bir insan bir yerə heç baxmırsa orada maraqlandığı bir şey qətiliklə vardır.

Mədəniyyətin ilk şərti ədalətdir.

İlk mədəni insan daş atmaq yerinə söyüş söyən insandır.

Məlumat xəzinələrinə çata bilən insanların sayı nə qədər artsa, dini inanclardan qopma da o qədər yayılar.

Sevgi - həya-abır, xəcalət hissindən qurtulmağın ən etibarlı yoludur.

# 4000 dəfə oxunub

Müəllifin son yazıları

# # #