“Körpüsalanlar” alman dilində nəşr olunub - Foto 

“Körpüsalanlar” alman dilində nəşr olunub - Foto 
18 dekabr 2019
# 11:35

Xalq Yazıçısı İlyas Əfəndiyevin 1960-cı ildə yazdığı “Körpüsalanlar” romanı alman dilində nəşr edilib.

Kulis.azın verdiyi xəbərə görə, İstanbulun “Zengin yayıncılık” nəşriyyatında Mədəniyyət Nazirliyinin layihəsi əsasında işıq üzü görüb.

Nəfis şəkildə çap edilmiş kitabda ədibin həyat və yaradıcılığı haqqında da geniş məlumat verilib.

Əsəri alman dilinə Yeliz Geçici çevirib.

Kitabın rəssamı Kaya Oral, redaktoru Yunger Kieldir.

# 1612 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #