Bu gün fransız şair Ejen Gilvikin (Eugene Guillevic) doğum günüdür.
Kulis.az onun "Yaşamaq artır" şeirini Aydan Ağayevanın tərcüməsində təqdim edir.
Nə vaxt ki bizə deyirlər:
Yaşamaqda bir artım var...
Demək istəmirlər qadınların
genişləndi bədənləri...
Demək istəmirlər ağacların
boyu ucadı buludlardan.
Bir çiçəkəd belə
səyahət etmək olar
demək istəmirlər...
Sevişənlər hər gün səhərdən
axşamadək sarmaş-dolaşdı-
demək istəmirlər...
Demək istəyirlər ki, açıq-aşkar
getdikcə çətinləşməkdədir
insan kimi yaşamaq...