Səni niyə belə sevdim? - Vaqif Bayatlı Odər

Səni niyə belə sevdim? - Vaqif Bayatlı Odər
30 avqust 2024
# 18:40

Kulis.az Vaqif Bayatlı Odərin "Səni niyə belə sevdim?" şeirini təqdim edir.

Səni niyə belə sevdim?

Səni niyə belə sevdim,

belə istədim niyə,

canımdakı min tikana,

bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı

görəmməyən varmı, hanı?!

həm gizlətdim, həm də hamı

bilə istədim niyə?

Min illərçün də Allahdan

Gecə-gündüz, hər an, hər an

səni özümə həm sultan,

həm də, həm də

kölə istədim niyə?!

# 965 dəfə oxunub

Müəllifin son yazıları

# # #