Öz ömrümü sənin ömrün bilmişəm... - Əlibala Hacızadə

Öz ömrümü sənin ömrün bilmişəm... - Əlibala Hacızadə
28 avqust 2024
# 15:20

Bu gün məşhur yazıçı, şair Əlibala Hacızadənin doğum günüdür.

Kulis.az bu münasibətlə "Günün şeiri" layihəsində onun ən məşhur şeirini təqdim edir.

Nədəndi

Gah ağlatdın, gah güldürdün sən məni,
Hikmətini bilmək olmur, nədəndi?
Selə - suya qərq elədim cahanı -
Göz yaşımı silmək olmur, nədəndi?

Nə biləydim, xəzan vurmuş gülmüşəm,
Öz ömrümü sənin ömrün bilmişəm,
Fələk məni ağladanda gülmüşəm -
Sən ağlatsan gülmək olmur, nədəndi?

Yaşamağa nə inam var, nə güman.
Başım üstdən heç əskilmir sis - duman,
İstəyirəm həsrətinlə verim can,
Həsrətindən ölmək olmur, nədəndi?

# 735 dəfə oxunub

Müəllifin son yazıları

# # #