Bu gün görkəmli alman şair, dramaturq və mütəfəkkir Yohann Volfqanq Hötenin anım günüdür.
Kulis.az "Günün şeiri" layihəsində onun "Bir gələn olar" şeirini Azad Yaşarın tərcüməsində təqdim edir.
Düşüb arxasınca qaçdığım zaman
Nazlı yar meşəyə, talaya endi.
Nə desə yaxşıdır, belin qucanda:
"Bax ha! Haray-həşir salacam indi!"
Çımxırdım: "Kim mane olsa bu eşqə,
Bil, onun gec, ya tez dili quruyar!"
Yar yumdu ağzımı: "Sus! Gəl, çığırma!
Yoxsa, bu səs-küyə bir gələn olar!"