Məktub yazma, ağ kağıza gülümsə - Günün şeiri

Məktub yazma, ağ kağıza gülümsə - Günün şeiri
28 oktyabr 2023
# 13:50

Bu gün şair Tural Turanın doğum günüdür.

Kulis.az onu təbrik edir və "Günün şeiri" layihəsindən "Məktub yazma, ağ kağıza gülümsə" şeirini təqdim edir.

Məktub yazma, ağ kağıza gülümsə,

Göndər mənə, biləcəyəm halını...

Hər gedişin qayıdışı ölümdü,

Yorulanda gözləyirəm yolunu.

Ağ şərfini saxlayıram hələ də,

Boynuna doladım hər xatirənin.

Yorğanı çək, bax, üşüyür ayağı,

Mənsiz yatammayan bir xatirənin...

Yuxunu söndür gəl, lap ölümsayaq,

südü bitən ağrı bəlkə kiriyə...

İçimdə adını çəkmişdim bayaq,

Divarda şəkilin döndü geriyə...

Payız da bu gecə yorğun, əsəbi,

Sənli xatirələr gözümdən axır.

Səsinə inanmır saat əqrəbi,

Sənmi gəldin - deyə qapıya baxır.

# 1519 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #