Kədər adlı dərzi - Günün şeiri

Kədər adlı dərzi - Günün şeiri
23 noyabr 2023
# 14:00

Bu gün məşhur eston şair və yazıçı Betti Alverin doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Kədər adlı dərzi" şeirini təqdim edir.

Dünən çiskin yağışda
Kəskin qayçısı ilə.
Kədər təşrif buyurdu
Şəhərə birdən-birə.

Biçdi qüssə bezindən
Köynəklər uşaqlara.
İnsanların ömrünə
Tikdi manşırlar, qara...

Hürkən adamlar üçün
Parçalar da payladı,
Saf ölüm ipəyindən.
Səpələdi ağ saplar,
Saçlarına qəfildən.

Tərcümə: Firudin Həmidli

# 1183 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #