Kədər adlı dərzi - Betti Alver

Kədər adlı dərzi - Betti Alver
2 avqust 2024
# 13:12

Kulis.az məşhur eston şairi Betti Alverin "Kədər adlı dərzi" şeirini təqdim edir.

Dünən çiskin yağışda
Kəskin qayçısı ilə.
Kədər təşrif buyurdu
Şəhərə birdən-birə.

Biçdi qüssə bezindən
Köynəklər uşaqlara.
İnsanların ömrünə
Tikdi manşırlar, qara...

Hürkən adamlar üçün
Parçalar da payladı,
Saf ölüm ipəyindən.
Səpələdi ağ saplar,
Saçlarına qəfildən.

Tərcümə: Firudin Həmidli

# 1272 dəfə oxunub

Müəllifin son yazıları

# # #