Dünyada ayaqlar altda yaşamaq... – Günün şeiri

Dünyada ayaqlar altda yaşamaq... – Günün şeiri
30 avqust 2024
# 11:30

Bu gün Şahmar Əkbərzadənin anım günüdür.

Kulis.az “Günün şeiri” layihəsindən onun “Yollar” şeirini təqdim edir.

Ayaqla torpağın öpüşməsindən
Doğulub böyüyür yollar həyatda.
Tapdana-tapdana min illər boyu,
Ömür qazanıbdır ayaqlar altda.

Gəlimli-gedimli yol nəsillərin,
ölməz abidəsi, əmanətdir.
Tapdanmaq – insanın şərəfsizliyi,
Tapdanmaq – yolların ləyaqətidir.

İnsan qədəminə tamarzı qalmaq,
Yolların bağrına çəkilən dağdır.
Dünyada ayaqlar altda yaşamaq,
Bircə yollar üçün alçalmamaqdır.


1968

# 776 dəfə oxunub

Müəllifin son yazıları

# # #