"Dünya sənin nəyindi ki?" - Akif Səmədin şeiri

"Dünya sənin nəyindi ki?" - Akif Səmədin şeiri
11 oktyabr 2023
# 13:10

Kulis.az şair Akif Səmədin məşhur "Dünya sənin nəyindi ki?" şeirini təqdim edir.

Ömrün boyu umdun küsdün,
Dünya sənin nəyindi ki?
Arxasınca asdın-kəsdin
Dünya sənin nəyindi ki?

Yan, oduna yanan deyil
Bir dərdini qanan deyil
Atan deyil, anan deyil
Dünya sənin nəyindi ki?

İşi yoxdur xannan, bəynən,
Gəlmə, gəldin üzmək öyrən,
Verdiyinə sağol deynən,
Dünya sənin nəyindi ki?

Dağlarda qara bax oğlan
Qəlbimdə yara bax oğlan
Ağlama qarabığ oğlan
Dünya sənin nəyindi ki?

# 4125 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #