Dar ağacının alnına bir Rüstəm Behrudi sıxdılar - Fuad Cəfərlinin şeiri

Dar ağacının alnına bir Rüstəm Behrudi sıxdılar - Fuad Cəfərlinin şeiri
13 dekabr 2023
# 10:51

Kulis.az Fuad Cəfərlinin Rüstəm Behrudiyə yazdığı "Güllə səsi" şeirini təqdim edir.

Gecənin ay işığından sıyrılıb, qəfil
Dar ağacının alnına bir Rüstəm Behrudi sıxdılar.
Və Kainata ulduzlar,
dünyaya isə
insanlar axmağa başladı.
İsimlərsə nisbi oldu.
Sayqon, Çe Gevara, Teymur, Bakı,
dənizdə intihar edən azadlıq adlı küçə.
Ədalət, demokratiya, həqiqət,
ilk dəfə onda səs verdi gülləyə...

Beləcə göylərin göz, sözlərin öz yerində
bir şair
gecələr məmləkəti üşüməsin deyə,
hər misrasında bayraqlar yandırmağa başladı.
Səhərlərsə o şeiri
qorxulu bir yuxu kimi suya danışdı.
Üzünü aya tutmuş səsində duydum bozqurdun,
qanını su yerinə dua kimi pıçıldadın, şair,
bunu nə odlar bildi, nə də ol yurdun.
Gecənin ay işığından sıyrılıb, qəfil
Dar ağacının alnına bir Rüstəm Behrudi sıxdılar.
Və...

# 1829 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #