"Danışıram ulduzlara, bir səs vermirlər..." - Yapon şairdən haykular

"Danışıram ulduzlara, bir səs vermirlər..." - Yapon şairdən haykular
19 sentyabr 2026
# 12:30

Bu gün tanınmış yapon şair, tənqidçi Şiki Masaokanın anım günüdür.

Kulis.az onun haykularını təqdim edir.

On bahar keçdi

Danışıram ulduzlara

Bir səs vermirlər...

***

Təpədə gilas ağacları açıb

Bir zəng səsi

Kilsədən gəldi.

***

Ah, gilas çiçəkləri

Kaş sizin kimi

Düşə biləydim.

***

Çiçəklərin qoxusu

Qulağımın məməsi

Səni yaxşı xatırlayır...

***

Qatarım

Kanola tarlalarından keçir

Kölgəsi arxasınca...

***

Qucaq dolu çiçəklər

Dalğaların üzərində

Bir qu quşu üzür.

***

Bahar soyuq

Təcili yardım maşınının işıqları

Al-al yanıb sönür...

Türk dilindən sətri tərcümə: Aydan Ağayeva

# 118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər